Rayonumuzun ümumtəhsil məktəblərinin X sinif şagirdləri Ulu öndərin 100 illik yubileyinə həsr edilmiş “Hüquqi dövlətin əsasları” mövzusunda hüquq olimpiadasında iştirak etdilər.
25 oktyabr 2022- ci il tarixində Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsi, İsmayıllı Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin təşkilatçıllğı ilə İsmayıllı rayon ümumtəhsil məktəblərinin X sinif şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olnumuş, “Hüquqi dövlətin əsasları” mövzusunda “Hüquq olimpiadası” keçirilib.
Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsi Aparatının Konstitusiya Hüquqi Şöbəsinin müdiri, III dərəcəli dövlət müşaviri Dürdanə Məmmədova, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, digər rəsmilər və ümumtəhsil məktəblərindən 200 şagirdin iştirak etdiyi tədbir N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində baş tutub.
Olimpiada öncəsi Konstitusiya Məhkəməsi Aparatının Konstitusiya Hüququ Şöbəsinin müdiri D.Məmmədova qarşıdan gələn əlamətdar günlər münasibətilə tədbir iştikakçılarını təbrik edib, Ulu öndərin 100 illik yubileyinə həsr edilmiş nüfuzlu yarışmada məktəblilərə uğurlar diləyib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini S.Əhmədova çıxış edərək şagirdlərin hüquq və vəzifələrini dərindən dərk etmələrində mühüm rol oynayan belə bir olimpiadanın təşkilinə görə Konstitusiya Məhkəməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib. Bu bilik yarışının şagirdlərin həyatında mühüm rol oynayacağını, gələcəkdə iştirakçılar arasından ölkəmizə və dövlətimizə layiqli kadrlar yetişəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, sonda Olimpiadanın qalibləri və yüksək bal toplayaraq fərqlənmiş şagirdlərə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təsis etdiyi kubok, diplom və hədiyyələr təqdim olunacaq.
Ülviyyə Zeynalova