SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla İsmayıllı rayonunda görüş təşkil olunub. Aksiyada Birliyin məsul şəxsləri ilə yanaşı, İsmayıllı İcra Hakimiyyətinin və KOBİA-nın nümayəndəsi də iştirak edib.

Birliyin baş direktorunun müavini Rəşad Cavadov görüşdə çıxış edib. O bildirib ki, bu aksiyanın keçirilməsində məqsəd sahibkarların qaz təchizatı ilə bağlı problemlərini və təkliflərini dinləmək, eyni zamanda onların qarşılaşdıqları çətinliklərin operativ şəkildə aradan qaldırılmasına köməklik etməkdir. O, həmçinin sahibkarlara göstərilən dövlət qayğısından söz açıb, hər zaman sahibkarlara dəstək olduqlarını və bundan sonra da bu dəstəyin davam etdiriləcəyini qeyd edib.

Aksiyada söz alan sahibkarlar təmsil etdikləri sahibkarlıq obyektlərinin yaranan debitor borcları barədə danışaraq, bu məsələdə onlara köməklik göstərilməsini xahiş ediblər.

Sahibkarlara göstərilən diqqəti yüksək qiymətləndirən KOBİA nümayəndəsi təmsil etdiyi qurumun sahibkarlığın inkişafı istiqamətində gördüyü işlərdən söz açıb.

Aksiyada səsləndirilən bütün müraciətlər araşdırılması üçün qeydiyyata alınıb.

İsmayıllı xəbərləri”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir