İsmayıllı rayonundakı Sumağallı kənd tam orta məktəbinin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən maarifləndirici tədbir “Əsrin bəlası – narkomaniya” adı altında keçirilib.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şəmşir Kazımov mövzu ətrafında məktəblilərin rahat anlaya biləcəkləri məzmunda çıxış edib.
Tədbirdə içtirak edən RPŞ-nin əməkdaşları – polis mayoru Rahim Orucov və Nicat Şəmdinli də növbələrindəki çıxışlarında əsrin bəlası olan narkomaniyanın çoxsaylı fəsadları barədə şagirdlərə ətraflı məlumat veriblər. Çıxışlarda narkotik maddalərdən istifadənin bilərəkdən sağlamlığa qəsd olduğu qeyd olunub.
Polis işinə marağı olan şagirdlərə Polis Akademiyasına daxil ola bilmələri ilə bağlı məlumatlar verilib. Şagirdləri edilən söhbətlə bağlı maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə yol hərəkəti qaydalarına əməl olunmasına diqqət ayrılmasına da toxunulub.
Məktəbin rəhbərliyi, tədbirdə iştirak edən müəllim və şagirdlər keçirilən tədbirə görə qonaqlara təşəkkür ediblər.
“İsmayıllı xəbərləri”