İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin yuxarı sinif şagirdlərinin iştirakı iləƏsrin bəlası – narkomaniya” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə İsmayıllı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şəmşir Kazımovun mövzunu əhatə edən məzmunlu çıxışı dinlənilib.

RPŞ-nin əməkdaşları – polis mayoru Rahim Orucov və Nicat Şəmdinli narkomaniyanın çoxsaylı fəsadları barədə həyati nümumələrə müraciət etməklə çıxış ediblər. Şagirdlərin Polis Akademiyasına daxil ola bilmələri ilə əlaqəli məlumatlar verilib. Onları maraqlandıran suallar cavablandırılıb. Yol hərəkəti qaydalarına əməl olunmasına da diqqət yönəldilib. Tədbirdə hüquq-mühafizə əməkdaşları ilə yanaşı, ictimaiyyətin nümayəndəsi, İsmayıllı bələdiyyəsinin sədr müavini Şahməmməd Soltanov da iştirak edib.

Sonda məktəbin direktoru Elçin Məmmədov keçirilən tədbirə görə qonaqlara təşəkkür edib.

İsmayıllı xəbərləri”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir