Ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Hüseynzadə Səməd Sətdar oğlunun doğum günü anadan olduğu Talıstan kəndində 18 oktyabrda qeyd edilib.

Mərasimdə rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, şəhid ailələri, şəhidin ailəsi, yaxınları, kənd sakinləri, məktəblilər iştirak edib.

Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar ediblər.

Çıxış edənlər şanlı ordumuzun qüdrətindən, şəhidlərimizin, eləcə də S.Hüseynzadənin keçdiyi şərəfli ömür yolundan danışıb, torpaqlarımızın azadlığı uğrunda göstərdiyi igidlikdən bəhs ediblər.

Talıstan kənd tam orta məktəbinin şagirdləri şəhidə həsr olunmuş kompozisiya ilə çıxış ediblər. Daha sonra şəhid ailəsi evində ziyarət olunub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir