3 oktyabr 2022-ci il tarixdə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində ev sahiblərinin, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin və İsmayıllı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə gənclərlə “Narkomaniya-uçuruma aparan yol” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi və əməkdaşları, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direkoru və müəllim kollektivi, rayonun hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, İsmayıllı Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili qrupunun baş inspektoru, Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları və gənclər iştirak ediblər.
Tədbiri açan İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşid Mirzəliyev iştirakçıları salamlayıb və tədbirin mahiyyəti barəsində geniş nitq söyləyib.
Daha sonra isə İsmayıllı Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili qrupunun baş inspektoru Rahim Orucov çıxış edib. O bildirib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Nərgiz Əlövsətli və digər çıxışçılar tərəfindın gənlərə “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemləri, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın bu gün dünyanı narahat edən qlobal problemlərdən biri olduğunu vurğulayıblar. Bu problemin eləcə də insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını, cinayətkarlığın artmasına səbəb olduğunu izah ediblər.
Tədbir gəncləri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
R.Firudinli