Oktyabr ayının 16-da Gəndov kəndindən olan şəhid Mürsalov Qulam Yaqub oğlunun anası Mürsəlova Əflatun Eyyub qızının 80 illik yubileyi qeyd olunub.

Yubilyarı təbrik etmək üçün RİH-nin əməkdaşları, idarə rəhbərləri, şəhid ailələri, qazilər Əflatun ananı Gəndov kəndindəki evində ziyarət ediblər.

Ziyarətçilər şəhid anasını rayon rəhbərinin adından təbrik edib, ona uzun ömür can sağlığı arzulayıblar. Çay süfrəsi arxasında səmimi söhbət formasında keçən yubiley görüşündə yaxınları şəhid Qulam Mürsəlovu yad edilib, onun döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışıblar.

Şəhid anası Əflatun xanım qonaqlara minnətdarlığını bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə təşəkkür edib.

İsmayıllı xəbərləri”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir