18 oktyabr 2022-ci il tarixdə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində rayon Gənclər və İdman İdarəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibəti ilə rəsm müsabiqəsi keçirilib.

Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi, tarixi günlərin əhəmiyyətini onlar tərəfindən tam öyrənilməsi və asudə vaxtların səmərəli keçirilməsi olub.

Müsabiqəyə başlamazdan əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir açıq elan olunduqdan sonra çıxışçılar da tarixi günün elan olunma səbəbləri və əhəmiyyəti barədə danışıb.

Bir-birindən gözəl rəsmlər çəkən müsabiqə iştirakçıları arasında Aysu Manaflı birinci, Almarə İsgəndərova ikinci, Vüsalə Babayeva isə üçüncü yeri qazanıb.

Qaliblər Heydər Əliyev Mərkəzinin Fəxri fərmanları, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin Diplom və medalları ilə təltif olunublar.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir