Oktyabrın 23-də millət vəkilləri Novruzəli Aslanov, Tahir Kərimli, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, eləcə də yerli qurumların bir qrup nümayəndəsi rayonun Talıstan kəndində şəhid Cavidan Bədəlovun, Hacıhətəmli kəndində şəhid Qədim Xəlilovun 40 mərasimində iştirak ediblər. Şəhid ailələrinə və yaxınlarına başsağlığı veriblər.

Həmin gün rəsmilər şəhid Aqil Mirzəliyevin il mərasiminin də iştirakçısı olublar

Məlumat üçün bildirək ki, sentyabr ayının 12-13-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. İsmayıllı rayonunun Talıstan kənd sakini, Azərbaycan ordusunun quru qoşunlarının zabiti, baş leytenant Cavidan Zaur oğlu Bədəlov və Hacıhətəmli kəndində anadan olmuş Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmətçisi Qədim İlqar oğlu Xəlilov təxribatın qarşısını alarkən qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəliblər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir