İsmayıllı Dövlət Peşə Tədris Mərkəzində 17 oktyabr 2022-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsi dövründə təcavüzkar Ermənistan dövləti tərəfindən 2 il bundan öncə Gəncə şəhərində törədilən terror hadisələrinə həsr olunmuş gənclərlə dəyirmi masa təşkil olunub.

Tədbirdə ilk öncə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan vətən oğullarının və terror qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir açıq elan olunduqdan sonra çıxışçılar gənclərin nəzərinə çatdırıblar ki, düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb. Nəticədə 16 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da olub.

Çıxışçılar sonda onuda qeyd ediblər ki, ümumilikdə Ermənistan hakimiyyətinin tapşırığı əsasında təkcə Gəncə və Bərdə deyil, eyni zamanda, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir