İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşlarının iştirakı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə əlaqədar “Müstəqilliyimiz ədədi və sarsılmazdır” adlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, sonra Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə İsmayıllı rayon MKS-nin direktoru Orxan Ağayev açıb. Bildirib ki, Azərbaycan xalqı ilk dəfə müstəqilliyinə XX əsrin əvvəllərində qovuşsada, lakin Azərbaycan dövlətinə qarşı olan xarici təsirlər nəticəsində bu müstəqillik cəmi 23 ay davam edə bilmişdir. İkinci dəfə 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət 1991-ci ilin oktyabrın 18-də Ali Sovetin Sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Lakin Azərbaycan əsl müstəqilliyinə ümummilli lider Heydər Əliyev respublikamızda ali siyasi hakimiyyətə qayıtdıqdan sonra, onun böyük uzaqgörənliyi, zəngin idarəetmə təcrübəsi və qətiyyəti sayəsində nail olub və hazırda dahi liderimizin müdrik siyasi kursu onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.

Sonda Orxan Ağayev bu şərəfli və əlamətdar gün ilə əlaqədar bütün kollektivi təbrik etdi və qeyd etdi ki, Ümummilli liderimiz Heydər Əliyevin bizə miras qoyduğu müstəqillik əbədi və sarsılmazdır.

Daha sonra MKS-nin müavini Mirzəyeva Ruhiyyə və kitabxananın əməkdaşı Həmzəyeva Nailə çıxışılarında vurğulayıblar ki, 2022-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 31 ili tamam olur və Azərbaycan xalqı bu bayramı ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.

E.Mikayılova

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir