Məlumat verdiyimiz kimi millət vəkili Novruzəli Aslanov sakinlərlə görüşmək məqsədilə tez-tez İsmayıllı rayonuna səfərlər edir.

Belə görüşlərin bəziləri yerli icra hakimiyyətinin başçısı və onun aparatı ilə birgə təşkil olunur. Bu günə kimi onlarla belə birgə görüşlər keçirilib və onların əksəriyyəti səyyar şəkildə, kəndlərdə baş tutub.

Avqustun 31-də millət vəkili növbəti belə qəbulunu keçirib. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahmud Süleymanovla birgə icra hakimiyyətinin binasında sakinlərin qəbulu keçirilib. 25 nəfərin qatıldığı qəbulda əsasən sosial məsələlər, şəxsi məişət problemləri və sakinləri maraqlandıran digər məsələlər dinlənilib, qaldırılan məsələlər barədə müzakirələr aparılıb, lazımi tövsiyələr verilib. Bəzi məsələlərin həllinə dair məsul əməkdaşlara yerində müvafiq tapşırıqlar verilib, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir