Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn, Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq İsmayıllı rayon T.Xadananov adına Qalacıq kənd tam orta məktəbinin fəaliyyət planı çərçivəsində 27 sentyabr 2022-ci il tarixdə İsmayıllı rayon T.Xadananov adına Qalacıq kənd tam orta məktəbində “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib.
44 günlük Vətən müharibəsi iştirakçıları, şəhid ailə üzvləri, məktəbin müəllim kollektivi və şagirdlər iştirak etdiyi tədbirdə Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan məktəbin direktoru Rusan Qasımov tədbirin əhəmiyyəti barədə məlumat verib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında hərb quruculuğu sahəsində həyata keçirilmiş islahatları nəzərə çatdırıb. Sonrakı mərhələdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bu işləri uğurla davam etdirdiyini, müasir Silahlı Qüvvələrimizin dünyanın 50 qüdrətli ordusu sırasında qərarlaşdığını vurğulayan məktəb direktoru 44 günlük Vətən müharibəsində həyata keçirilən əməliyyatlardan, Azərbaycan əsgərinin qəhrəmanlıqlarından danışıb.
Daha sonra şagirdlərin hazırladığı Şəhidlərimizin şərəfli həyat və mübarizə yoluna həsr olunmuş videoçarxlar və ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına təqdim olunub, Vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.
Tədbirin davamı olaraq Qalacıq kəndinin şəhidlərinin məzarları ziyarət olunub məzarlar önünə gül dəstələri qoyulub. Şəhidlərimizin ölməz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
E.Qasımova