İƏD üzrə nümayəndələrin iştirakı ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin iclas zalında növbəti “Nümayəndə günü” keçirilib.

İclasda gündəlikdəki məsələlər müzakirə olunub. Gündəlikdə duran məsələlərin əsasını İƏD üzrə nümayəndəliklərin ərazilərində qanunsuz tikililərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi, Dövlət Statistika Komitəsinin ev təssərrüfatlarının uçotu kitabı üzrə elektron sistemində mövcud olan çatışmazlıqların aradan qaldırılması, habelə nümayəndəliklərin ərazisində təmizlik, abadlıq işlərinin görülməsi, əmək və icra intizamına nəzarətin artırılması təşkil edib.

Qeyd olunan məsələlərlə əlaqədar İƏD üzrə nümayəndələrə vətəndaşlarla maarifləndirici görüşlərin keçirilməsi və mövcud problemlərin vaxtında aradan qaldırılması barədə tapşırıqlar verilib.

Görüşdə həmçinin yerlərdə baş verən hadisələrdən operativ şəkildə xəbərdar olmaq məqsədilə nümayəndəliklərə ratsiya telefonlar verilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir