Mart ayının 16-da İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi Ağahüseyn Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbi ilə birlikdə “Biz birlikdə güclüyük” adlı tədbir keçirilib.

Tədbirdə şəhid ailələri, qazilər, döyüşçülər İsmayıllı Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin, Rayon Ağsaqqallar Şurasının, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Rayon Peşə Tədris Mərkəzinin, Rayon Gənclər və İdman İdarəsinin işçiləri, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər bu şanlı Qələbəni bizə nəsib edən, millətimizi, dövlətimizi başı uca, məğrur edən tarixi qələbəni qazandıran belə vətənsevər oğullar tərbiyə etmiş ailələrə sonsuz minnətdarlıqlarını bidirib, qazilərimizə şəfa arzulayıblar. Şəhid valideynlərinin, qazi və döyüşçülərin çıxışları hamıya kövrək anlar yaşadıb.

Tədbirdə şair-publisist Şahməmməd Dağlaroğlunun qələbə ətirli şeirlərinin toplusu olan

“Döyüşən sətirlər” kitabı iştirakçılara təqdim olunub, İsmayıllı şəhər 2 nömrəli tam orta məktəb şagirdlərinin ifasında kitabda yer almış şeirlər səsləndirilib.

Sosial şəbəkələr vasitəsi ilə ictimaiyyətə təqdim olunan tədbirə bildirilən münasibətlər sırasında  həmyerlimiz, peşəkar jurnalist Daşdəmir Əjdəroğlunun fikirləri daha diqqətçəkən olub:

– “Koronavirus pandemiyasının dünyada geniş yayıldığı bir vaxtda Prezident İlham Əliyevin çevik qərarları, önləyici təhlükəsizlik tədbirləri ölkə vətəndaşlarının hər birinin sağlamlığının qorunmasına hesablanıb: “Qloballaşma proseslərinin sürətlə getdiyi XXI əsrin yeni bəlası – koronavirus pandemiyası çox qısa zaman kəsiyində sərhəd tanımadan dünyanı ağuşuna almaqda davam edir. Dünyada iqtisadi, mədəni və humanitar əlaqələr, turizm və nəqliyyat strukturu dondurulub, beynəlxalq biznes, idman və s. kütləvi tədbirlər təxirə salınıb, insanlar koronavirus təhlükəsindən qorunmaq üçün karantin rejiminə məhkum olub. Üç ay ərzində bütün dünyaya “ayaq açan” yeni virus insanların həyatını təhdid etməklə yanaşı, yer kürəsi ölkələrinin iqtisadiyyatı, dövlət rəhbərlərinin qərar qəbulunda çevikliyini sınağa çəkib. Belə çətin vaxtda Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, mübarizə tədbirləri üçün külli miqdarda vəsaitin ayrılması, fərman və sərəncamların imzalanması, bütün səviyyələrdə önləyici tibbi və sosial tədbirlərin həyata keçirilməsi, virusun kütləvi şəkildə yayılmasının qarşısını alan addımlardır. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı ilə ölkəmizdə əhalinin infeksiyadan qorunmasına yönələn kompleks tədbirlər həyata keçirilir. Bu da hər şeydən əvvəl Azərbaycan dövlətinin öz vətəndaşlarına qayğısı və diqqəti kimi qiymətləndirilməlidir”.

Azərbaycan ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi effektiv mübarizə prosesi çərçivəsində mühüm əhəmiyyət kəsb etməklə yanaşı, ölkə iqtisadiyyatına böyük zərbə olub. Virusun milli iqtisadiyyata mənfi təsirlərinin qarşısını almaq, böhranın Azərbaycana təsirini azaltmaq üçün hökümətin dəstək proqramı hazırlaması, indiki şəraitdə hər bir vətəndaşın, hər bir sahibkarın yanında olması, öz dəstəyini göstərməsi ölkəmizin bu sınaqdan da ləyaqətlə və daha az itkilərlə çıxacağına zəmanət verdi. Koronavirus pandemiyasının dünyanı ağuşuna almaqda davam etdiyi bir vaxtda ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramını həyata keçirir, vətəndaşların sosial müdafiəsi ilə bağlı müəyyən tədbirlər görür. Bu, pandemiyanın ölkəmizə təsirini minimuma endirəcək, makroiqtisadi sabitliyi qoruyacaq.

Bu istiqamətdə İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin həyata keçirdiyi silsilə tədbirləri zaman-zaman bəyənib, təqdir etmişik. Növbəti tədbirinizdən məkan etibarilə uzaq olsaq da, Sizin layihələri təqdir edirik. Uğurlarınız bol olsun. A.Aslanov adına şəhər 2 nömrəli tam orta məktəb ilə birlikdə keçirdiyiniz “Biz birlikdə güclüyük” adlı tədbiriniz də digərləri kimi, çox möhtəşəm və yaddaqalan olub, bu vaxtadək müharibə veteranları, Qarabağ qaziləri ilə görüşləriniz xüsusi yadda qalıb. Çünki bu tədbirlərdə hörmətli Lətifə xanımın yüksək səviyyədə təşkilatçılığı hiss edilib. Ona görə rayounumuzun möhtəşəm tədbirləri olanda bir eloğlu kimi ürəyim fəxrlə döyünür. Bu mənada arzu edirəm ki, əziyyətiniz yerdə qalmasın, uğurlarınızın xoş sədalarını eşidək.

İsmayıllı xəbərləri”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir