Г‡ox zaman bənzərsiz, məlahətli səsi ətrilə hamını özünə cəlb edən qızılgülə bənzədirlər. Г‡ünki, qızılgül güllərin ən ətirlisi, ən təravətlisi, ən könül oxşayanıdır. Gözəl səs də qızılgül kimi bütün səslərin içindən seçilir, ürəklərə yol tapır, könül oxşayır.
Dünya şöhrətli dahi bəstəkarımız Fikrət Əmirovun musiqi, səs barədə, musiqinin emosional gücü barədə çox maraqlı bir fikri vardır. O deyərdi: “İnsan musiqi yaranandan, mahnı meydana gələndən özünü dərk etməyə, öz hisslərini başa düşməyə alışıb, özünü dərk edəndən sonra isə başqalarının dərdinə şərik olmağa başlayıb. Hətta, mənə elə gəlir ki, insan ancaq mahnı yaranandan sonra başqa adamları başa düşüb, sevib”.
Г‡ox zaman bənzərsiz, məlahətli səsi ətrilə hamını özünə cəlb edən qızılgülə bənzədirlər. Г‡ünki, qızılgül güllərin ən ətirlisi, ən təravətlisi, ən könül oxşayanıdır. Gözəl səs də qızılgül kimi bütün səslərin içindən seçilir, ürəklərə yol tapır, könül oxşayır.
Dünya şöhrətli dahi bəstəkarımız Fikrət Əmirovun musiqi, səs barədə, musiqinin emosional gücü barədə çox maraqlı bir fikri vardır. O deyərdi: “İnsan musiqi yaranandan, mahnı meydana gələndən özünü dərk etməyə, öz hisslərini başa düşməyə alışıb, özünü dərk edəndən sonra isə başqalarının dərdinə şərik olmağa başlayıb. Hətta, mənə elə gəlir ki, insan ancaq mahnı yaranandan sonra başqa adamları başa düşüb, sevib”.
Doğrudan da, gözəl səsli xanəndələrin ifasında səslənən hər hansı bir muğam, xalq və ya bəstəkar mahnısı, aşıq mahnısı, təsnif qeyri-ixtiyari olaraq ürəklərdə emosional hisslər yaradır.
Haqqında söhbət açmaq istədiyim, el şənlikləri, rayon tədbirlərində öz məlahətli səsi ilə bizləri məftun edən Bəhruz Fətulla oğlu Həşimovdur.
Qısa tanışlıq:
Bəhruz Fətulla oğlu Həşimov 8 iyul 1980-ci ildə Bəhliyan kəndində dünyaya göz açmışdır. 1986-cı ildə Keyvəndi kənd tam orta məktəbinin birinci sinfinə qəbul olunaraq 1997-ci ildə məktəbi müvəffəq qiymətlərlə bitirmişdir. 2003-cü ildə Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olmuş, 2007-ci ildə xanəndəlik ixtisasına yiyələnmişdir. Hazırda Fazil Əzimov adına İsmayıllı Uşaq İncəsənət Məktəbində xanəndə müəllim işləyir. Həmçinin “Elay” musiqi qrupunda çalışır.
Bəhruz Həşimov hələ uşaq çağlarından Azərbaycan xalq musiqisinə, muğama, aşıq musiqisinə böyük maraq göstərmişdir. Girdiman çayının sahillərində dayanıb, onun zümzüməsini eşidərək, nə vaxtsa xanəndə olacağını ağlına belə gətirməyən Bəhruzu tale bu ecazkar sənətə gətirib çıxarır. Beləliklə, Bəhruz muğam dünyasının sehrinə düşür. Hər dəfə Azərbaycanın çox böük sənətkarlarının, muğam ifaçılarının lent yazılarını eşidən Bəhruz bu ecazkar sənətin incəliklərini öyrənməyə çalışır.
Bəhruzun səsi heç kəsin səsinə bənzəməyən səslərdəndir. Bunu yəqin ki, onu dinləyənlər, onu dəfələrlə eşidənlər təsdiqləyə bilərlər. Onun səsində bir kövrəklik, bir qədimlik duyulur. Adama elə gəlir ki, Bəhruz bu muğamları, təsnifləri, mahnıları oxumur, daxilən onu narahat edən, tərpədən acıları, duyğuları, hamımız kimi onun da ümdə dərdi olan Qarabağ dərdini adamlarla bölüşmək istəyir.
Bəhruz Həşimovun səsi qədim xalq musiqisi qaynaqları ilə üstə kökləndiyindən, məcrasına sığmayan güclü dağ çayına bənzəyir. Axdıqca saflaşıb durulur, rahatlıq nə olduğunu bilmir, ürəklərə bir həzinlik, kövrəklik gətirir. Səs diapazonunun genişliyi, məcrasına sığmayan səsindən ustalıqla istifadə etmək bacarığı Bəhruza həmişə uğurlar gətirir, onu dinləyənləri heyran qoyur. Bəhruzun ifasında diqqəti cəlb edən başlıca xüsusiyyətlərdən biri də təbiilik və emosionallıqdır. Onun sənəti ilə şəxsiyyəti də bir-birini tamamlayır. Özü necədirsə, sənəti də eləcə sadə və aydındır.
Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin direktoru Təhmuraz Bayramov Bəhruz Həşimov haqqında fikirlərini bizimlə bölüşdü:
– Biz Bəhruzu artıq xeyli vaxtdır dinləyirik. Oxuduqlarına diqqət kəsilir, el şənliklərində onu görür və ifasına məmnun qalırıq.
Bir faktı da qeyd edək ki, harada, kimin müşayiəti və hansı musiqini ifa etməsindən asılı olmayaraq Bəhruz həmişə özünə qarşı tələbkar, sənətinə məsuliyyətli, tamaşaçısına isə diqqətlidir. Onu dinləyənlərə hörmət bəsləməyi bacarır. Bu da ona istedadla yanaşı uğur və məhəbbət qazandıran şərtdir.
İsmayıllı Uşaq İncəsənət Məktəbinin direktoru Elşən Süleymanov Bəhruz haqqında fikirlərini belə tamamladı:
– Bəhruz Tanrının verdiyi səs payına qane olub ona şirinlik, məlahət, incəlik qatır. Bəhruz Həşimov səbirli və təmkinli müəllimdir. O, müəllimlərindən gördüyü qayğını indi öz növbəsində şagirdlərinə göstərir. Xanəndəlik sənətinin sirlərini şagirdlərinə sevə-sevə öyrədir. O, bizim qabaqcıl, istedadlı müəllimlərimizdən biridir.
İsmayıllı Uşaq İncəsənət Məktəbinin direktor müavini Nazim Aydınov söhbət əsasında dedi:
– Bəhruz çalışdığı qısa müddətdə çoxlarından fərqli bir müəllim kimi şagirdlərin bədii estetik zövqünün inkişafında, onların milli musiqimizin, muğamlarımızın öyrədilməsində çox böyük uğurları olmuşdur. O, müğənni xanəndə, həm də artist kimi rayon ictimaiyyəti arasında böyük nüfuz qazanmışdır. Onun dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasındakı Məcnun rolu buna bariz nümunədir. Bəhruz müəllimi qarşıda daha böyük nailiyyətlər gözləyir.
Şəhər 6 nömrəli tam orta məktəbin müəllimi Elvin Əliyev söhbət əsasında Bəhruz haqqında fikirlərini bizlərlə bölüşərək dedi:
Xanəndəlik sənətinin inkişafı muğamlarımızla sıx bağlıdır. Muğamat musiqisinin təməl daşı, onun bünövrəsi, dayaq sütunudur. Bu gün Bəhruz Həşimov muğam ifaçılığı sahəsində inamla addımlayır. Bəmdə və orta boyda sərbəst oxuyur. Səs imkanları cəlbedicidir. Sadə bir oğlandır. Dostluqda sədaqətli və etibarlıdır.
Öz səsi, özünəməxsus ifası, orijinallığı ilə seçilən soydaşımıza, qəlbi hər zaman bizimlə birgə vuran bu dəyərli insana oxucularımız adından yeni-yeni sənət uğurları arzulayırıq. Arzu edirik ki, Bəhruz Həşimovun bütün arzuları çin olsun. Г‡ox istərdik ki, onun ifası Azərbaycan teleməkanlarından eşidilsin. Can sağlığı arzulayırıq. Tanrı toy-büsat arzusunda olanları, sevənləri qorusun.
Hacıməmməd Məmmədov,
“İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin üzvü