Yaşlı nəslin nümayəndəsi kimi XX əsrin 70-ci illərindən başlayaraq Bakı şəhərində və Respublikamızın rayonlarında sistemli şəkildə aparılan yaşıllaşdırma, təmizlik və abadlıq tədbirlərinin şahidiyəm.
Bu yazıda məqsədim dövlətin və ictimai birliklərin ekoloji problemlərin həlli sahəsində həyata keçirdikləri təxirəsalınmaz, əsaslı tədbirlərdən bəhs etməklə müasir dövrün gənclərinin diqqətini bu sahəyə yönəltmək və onların ekoloji maarifləndirilməsinə nail olmaqdır.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında Azərbaycan xalqının təkidi ilə hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, ekoloji sahəyə də diqqət və qayğı artırıldı. Respublikamızda təbiətin zənginləşdirilməsinə, ekoloji tarazlığın əsaslı şəkildə bərpasına zəmin yarandı. Ətraf mühitin mühafizəsi istiqamətində əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə başlandı.
Yaşlı nəslin nümayəndəsi kimi XX əsrin 70-ci illərindən başlayaraq Bakı şəhərində və Respublikamızın rayonlarında sistemli şəkildə aparılan yaşıllaşdırma, təmizlik və abadlıq tədbirlərinin şahidiyəm.
Bu yazıda məqsədim dövlətin və ictimai birliklərin ekoloji problemlərin həlli sahəsində həyata keçirdikləri təxirəsalınmaz, əsaslı tədbirlərdən bəhs etməklə müasir dövrün gənclərinin diqqətini bu sahəyə yönəltmək və onların ekoloji maarifləndirilməsinə nail olmaqdır.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında Azərbaycan xalqının təkidi ilə hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, ekoloji sahəyə də diqqət və qayğı artırıldı. Respublikamızda təbiətin zənginləşdirilməsinə, ekoloji tarazlığın əsaslı şəkildə bərpasına zəmin yarandı. Ətraf mühitin mühafizəsi istiqamətində əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə başlandı.
“Azərbaycan Respublikasının Ekoloji Konsepsiyası” əsasında ekoloji strategiya müəyyənləşdirildi. 1998-ci ildə Ətraf mühitin Mühafizəsi Üzrə Milli Fəaliyyət Proqramı hazırlandı. 1999-cu ildə Milli Məclis “Ekoloji təhlükəsizlik haqqında” Qanun qəbul etdi. 2000-ci ildə “Ətraf mühitin mühafizəsi haqqında” və “ Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” yeni qanunlar qəbul edildi. 2001-ci ildə unudulmaz rəhbərimiz Heydər Əliyevin xeyir-duası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldı. Nazirliyin yaradılması həyatın tələbi idi. Məhz ekoloji problemlərin həlli dövlətin əsas diqqət göstərdiyi vacib sahələrdən idi. Ekoloji təhlükəsizliyin təmin olunması, ətraf mühitin cirklənməsinin minimuma endirilməsi, bu sahədə yeni forma və metodlardan istifadə olunması, qlobal ekoloji problemlər üzrə milli səviyyədə təlabatların qiymətləndirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi bu gün də Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir.
2010-cu il Azərbaycan tarixinə “Ekologiya ili” kimi yazıldı. Həmin il həm də mühitin sağlamlaşdırılması baxımından dönüş ili oldu. Respublikamızın Prezidenti İlham Əliyev qeyd etmişdir ki, “Ekologiya məsələsi hər bir ölkə üçün, hər bir vətəndaş üçün vacib olmalıdır. Bu, insanların sağlamlığıdır. Sağlam ekoloji mühit, sağlam hava, təmiz su bütün bunlar insanın həyarı üçün ən əhəmiyyətli məsələlərdir”.
Möhtəşəm Prezidentimiz bir əsas məqamı da xüsusi qeyd edir: “Bu gün ekoloji məsələslərin həlli vacib məsələlərdən biridir. Ona görə yox ki, bütün dünyada bu məsələlərə böyük diqqət göstərilir. Ona görə ki, bu gün Azərbaycanın qarşısında həllini gözləyən əsas məsələlərdən biri ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. Prezident İlham Əliyev bir məqamı xüsusi qeyd edir: “Ekologiya sektoruna qoyulan vəsait elə hesab edilməməlidir ki, bu vəsait qoyuldu və heç bir nəticə vermir. Yox, yenə də deyirəm ki, bunun nəticəsini biz gələcək nəslin sağlamlığında görəcəyik” Dövlət başçısı İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nda bir cox mühüm problemlərlə yanaşı, meşələrin seyrəkləşməsinin, torpağın erroziyasının, meşə massivlərinin azalmasının və təbii biosenozların yoxa çıxması təhlükəsinin yaranmasının qarşısının alınması barədə tədbirlərin həyata keçirilməsi məsələləri də nəzərdə tutulmuşdur. Bu istiqamətdə mühüm işlər görülərək uğurlu nəticələr əldə olunub.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “Hərəmiz bir ağac əkək !” devizi ilə keçirilən aksiyalarda milyonlarla yeni ağac və kol əkilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da bu istiqamətdə atdığı addımlar, irəli sürdüyü təşəbbüslər təqdirəlayiqdir. Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dioloq) İctimai Birliyinin həyata keçirdiyi layihələr ekoloji mühitin qorunmasına əməli köməklik göstərir. 2014-cü ilin aprelində İDEA İctimai Birliyinin “Asan xidmət” və “Təmiz şəhər” ASC-nin birgə təçkilatçılığı əsasında keçirilən “Hər kağızı bir yarpağa dəyişək” aksiyası çərçivəsində Balaxanı poliqonunda 5 min kvadrat metr ərazi yaşıllaşdırılmışdır. 2014-cü il mayın 7 də İDEA İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Heydər Əliyev Mərkəzində Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmişdir. Bu tədbirdə bəbir və digər pişikkimilərin mühafizəsi istiqamərində bilik və təcrübələr bölüşdürülmüş, bu sahədə ən qabaqcıl və səmərəli təkliflərin tətbiqi müzakirə edilmişdir. Keçirilən sammitin və tətbiq edilən layihələrin məqsədi gənclərin və beynəlxaq ictimaiyyətin diqqətini ətraf mühitin qorunmasına cəlb etmək olmuşdur.
Keçən il Heydər Əliyev Fondunun vidse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və İDEA İctimai Birliyi aktual ekoloji problemlərin həlli və əhali arasında ictimai-ekoloji nəzarətin gücləndirilməsi məqsədilə “Ağacların kəsilməsinə yox!” proqramının həyata keçirilməsinə başlanmışdır. Bu proqramın həyata keçirildiyi müddətdə respublikamızın ərazisində 3 milyon 472 mindən cox ağac əkilmişdir.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 17 iyul 2014-cü il tarixli, 120 nömrəli sərəncamı ilə təsdiq edilimiş, rayonda epidemoloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə 2014-cü il avqust ayının 1-dən “Təmiz şəhərdə yaşa” devizi altında “Gələcək öz əlimizdədir” layihəsi uğurla yekunlaşmışdır. Layihə başa çatsa da təmizlik, abadlıq, yaşıllaşdırma işləri davam etdirilir. Layihənin davamlı olması üçün silsilə tədbirlər həyata keçirilir. Layihə həyata keçirildiyi dövrdə İsmayıllı şəhərində və kəndlərdə təmizlik, abadlıq işləri aparılmış yaşıllaşdırma məqsədilə on mindən cox ağac əkilmişdir. Layihənin həyata keçirildiyi müddətdə rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində tədris-təcrübə sahəsində yetişdirilmiş 2000 dən cox ting yaşıllaşdırma məqsədilə yol kənarlarına əkilmişdir.
2015-ci il fevral ayının 1-dən Gənclərin Anti-Narkomaniya İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “ İsmayıllı gənclərinin ekoloji məlumatlılığının artırılmasına təşəbbüs” adlı layihənin icrasina başlanacaqdır. Layihənin həyata keçirildiyi dövrdə məktəblərdə ekoloji breyn-rinq bilik yarışları, disputlar, dəyirmi masalar keçirilməsi planlaşdırılmışdır. Bu dövrdə ekoloji maarifləndirmə işləri ilə yanaşı gənclərin qüvvəsi ilə rayonda təmizlik, abadlıq və yaşıllaşdırma işləri də görüləcəkdir..
Ekologiyasız həyat yoxdur. Ona görə də hər birimiz ətraf mühitin mühafizəsində fəal iştirak etməliyik. Ekoloji problem tək bizim deyil bəşəri problemdir. Bu problemin həlli isə ümumxalq işidir. Beynəlxalq səviyyədə ekoloji problemlərin həlli günün tələbidir.
Əziz İsmayıllılar, gəlin hamılıqla sağlam gələcəyimiz naminə ətraf mühitin mühafizəsində fəal iştirak edək. Rayonumuzun təmiz, abad, yaşıllıqlar diyarına çevrilməsində əməyimizi, bilik və bacarığımızı əsirgəməyək!
Yaşar Nuriyev,
İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru