Azərbaycanımızın mirvarisi sayılan bənzərsiz təbii gözəllikləri ilə seçilən İsmayıllı rayonu bu gün böyük inkişaf yoluna qədəm qoymuşdur. İnsanın qadir əməyi və zəkası bu gözəllikləri qoruyub saxlayır, onu daha da zənginləşdirir.

İsmayıllı tərəqqi yolunu seçmişdir
İsmayıllı tərəqqi yolunu seçmişdir

Azərbaycanımızın mirvarisi sayılan bənzərsiz təbii gözəllikləri ilə seçilən İsmayıllı rayonu bu gün böyük inkişaf yoluna qədəm qoymuşdur. İnsanın qadir əməyi və zəkası bu gözəllikləri qoruyub saxlayır, onu daha da zənginləşdirir.
İsmayıllı tərəqqi yolunu seçmişdir
Ölkəmizin Prezidenti İlham Əliyevin 2012-ci il fevral ayının 14-də imzaladığı sərəncamla Mirdaməd Sadıqov İsmayıllı RİH-nə başçı təyin edilmişdir. Bu uğurlu seçimi rayon ictimaiyyəti, ziyalıları, ağsaqqalları hər zaman alqışlayır. Rayon gerilik daşını həmin gündən birdəfəlik atmış, tərəqqi və inkişaf yoluna qədəm qoymuşdur. Həmişə qonşu Qəbələ, Ağsu, Şamaxı və başqa bölgələrin inkişafına həsəd aparırdıq. İndi isə tamam başqa mənzərənin şahidi oluruq. İlk gündən yaradılan işgüzar mühit, saflıq, qayğıkeşlik, yüksək təşəbbüskarlıq rayonda yeniləşməni sürətləndirdi. İsmayıllı son bir il yarımda tikinti-abadlıq, yenidənqurma, adamların sosial qayğı və ehtiyaclarının təminatı sahəsində demək olar ki, bundan əvvəlki onilliklərin işini bu qısa zamanda həyata keçirə bilmişdir. Respublikanın ən nüfuzlu qəzeti olan “Respublika” qəzetinin 15 iyun 2014 –cü il tarixli sayında qəzetin müxbiri Rasim Amanov rayonumuzun inkişafı ilə bağlı “İşgüzarlıq da var, saflıq və qayğıkeşlik də” başlıqlı geniş bir yazı dərc etdirmişdir. Müəllif gördüklərini qələmə alaraq yazır: “Sözün həqiqi mənasında İsmayıllı son bir il yarımda respublikamızın bir sıra bölgələri kimi əsl tikinti meydançasını xatırladır. Ötən il və bu ilin keçən dövründə çoxlu yaşayış evləri, inzibati binalar, sosial obyektlər tikilmiş, yeni yollar salınmışdır”.
Mirdaməd müəllimin özünün qeyd etdiyi kimi, icra başçısı təyin olunarkən Prezidentin qəbulunda olmuş, rayonun inkişafı ilə bağlı bir sıra tövsiyələr almışdır. Ölkə başçısı bütün şəhər və rayonlarımıza, o cümlədən İsmayıllı rayonunun sosial-iqtisadi inkişafına hər zaman diqqət yetirir. Elə bu diqqətin nəticəsidir ki, bu gün rayonumuz yüksək templə inkişaf edir. Rayonda gedən tikinti-abadlıq işlərini sadalamaq fikrində deyiləm. Bunların hamısını bir mətbu yazıda işıqlandırmaq imkan xaricindədir.Gərək bunların hamısını yerində görüb qiymətləndirəsən. İndi nəinki rayon mərkəzi, eyni zamanda, onun uzaq kəndlərində də böyük quruculuq işləri davam edir.
Yaşadığım Sumağallı kəndinin timsalında bunu aydın görmək olar. Magistral yoldan burulub kəndin mərkəzindən keçən iki kilometrlik yola asfalt döşənmiş, yolun hər iki tərəfi kol-kosdan, daş-kəsəkdən təmizlənmiş və tor hasar çəkilmişdir. Oraya, hər iki tərəfə bəzək ağacları əkilmişdir.Yol boyu axan su arxının içərisi texnika ilə təmizlənmişdir. Kəndarası yolların hamısına çınqıl döşənərək texnika ilə bərkidilmişdir. Kəndin ərazisində bir-birindən xeyli aralıq məsafədə Göyçay çayı üzərində iki su elektrik stansiyası tikilmişdir. Onlardan biri tam hazırdır və keçən il ölkə prezidenti İlham Əliyev onun açılışında iştirak etmişdir. İkincisinin tikintisi hazırda davam etdirilir.
Kəndimiz inkişaf etməkdədir. Kənddəki uşaq bağçası qəzalı vəziyyətdə olan yararsız binada yerləşirdi. Kənd sakinlərinin xahişini nəzərə alan icra başçısı yeni uşaq bağçasının tikilməsinə sərəncam verdi. Kəndin mərkəzində smeta dəyəri yarım milyon manata yaxın olan müasir tipli bağça tikilməkdədir. Hazırda burada son tamamlama işləri görülür. Yaxın vaxtlarda bağça qapılarını körpə fidanların üzünə açacaqdır. Bu da yeni dərs ili ərəfəsində kənd üçün ən gözəl hədiyyədir.
Mirdaməd müəllim bu qısa vaxt ərzində rayonun bütün kəndlərində və yaşayış məntəqələrində sakinlərlə işgüzar görüşlər keçirmişdir. Bu görüşlərin başlıca məqsədi adamların sosial qayğı və ehtiyaclarını öyrənmək və yerindəcə onları həll etmək olmuşdur. İcra hakimiyyətinin qaynar telefon xətti fəaliyyət göstərir.
İyul ayının 18-də rayonun Heydər Əliyev Mərkəzində keçirilən, 2014-cü ilin yarım ilinə həsr edilmiş hesabat yığıncağında rayonda görülmüş işlərdən geniş məlumat verilir. Burada göstərilən faktlar inkişafa yaxşıca sübut deyilmi?
Təəssüf ediləsi haldır ki, bu inkişafı görməyənlər, onu dilə gətirməyə kişiliyi çatmayanlar, yaxud da inkar edən namərdlər də var. Axı bu inkişaf göz qabağındadır. Onu danmaq, olana yox demək erməniyə xas olan xislətdir. Belələri az da olsa var. Atalar demişkən: it hürər, karvan keçər.
İsmayıllı ictimaiyyəti xalqla birgə olan qurucu insanları, Vətənini, elini tərəqqiyə aparan rəhbərləri həmişə dəstəkləmişdir. Bu gün Mirdaməd müəllimin arxasında qədirbilən ismayıllılar durur.
Heydər Xəlilov,
Sumağallı kəndi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir