Bu fikirlər YAP İsmayıllı rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilk partiya təşkilatında YAP üzvləri ilə kecirdiyi görüşdə səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP rayon təşkilatının sədri Əzizə Vahabova bütün sahələrdə olduğu kimi, ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə səhiyyə sisteminin inkişafına göstərdiyi xüsusi diqqətdən danışmışdır.

Görüləsi işlər də çoxdurGörüləsi işlər də çoxdur

Səhiyyədə gedən islahatlar sağlam həyat tərzinin formalaşmasına xidmət edir
Görüləsi işlər də çoxdur
Bu fikirlər YAP İsmayıllı rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilk partiya təşkilatında YAP üzvləri ilə kecirdiyi görüşdə səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP rayon təşkilatının sədri Əzizə Vahabova bütün sahələrdə olduğu kimi, ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə səhiyyə sisteminin inkişafına göstərdiyi xüsusi diqqətdən danışmışdır.
O bildirib ki, dövlətimizin iqtisadi imkanları genişləndikcə regionlarda inşa edilən müalicə-diaqnostika mərkəzlərinin sayı ildən-ilə artmaqdadır. Səhiyyə idarələri və müəssisələrinin müvafiq beynəlxalq təşkilatlarla əlaqələri genişlənir, bu isə ölkəmizdə dünyada özünü doğrultmuş zəngin təcrübə məktəbinin yaranmasına təminat verib. Səhiyyədə gedən yeniləşmə və müasirləşmə prosesi bütün bölgələrdə olduğu kimi, İsmayıllıda da uğurla həyata kecirilir. Səhiyyədə həyata keçirilən islahatların müsbət nəticəsidir ki, uzun illərdən bəri bərbad vəziyyətdə olan Rayon Mərkəzi Xəstəxanasının binası müasir tələblər səviyyəsində əsaslı təmir olunub, müasir texnika və avadanlıqlarla təchiz olunub. Lahıc qəsəbəsi və İvanovka kəndlərinin hər birində 15 çarpayılıq müasir xəstəxana, Topçu və Tircan kəndlərində həkim məntəqələri tikilib. Bütün bunlar rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəldəcəkdir.
Görüşdə çıxış edən Elbrus Bağırov, Mais Səlimov, Şahalı Əsgərov, Elmira İsrayılova, Ləman Zeynalova son illərdə prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində əhalinin sağlamlığının təmin olunması naminə ölkəmizdə böyük işlər görüldüyünü qeyd ediblər. Bu sahədə Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın xidmətləri təqdirəlayiqdir.
Bu istiqamətdə hələ görüləsi işlər də çoxdur. Xüsusən də kənd yerlərində ilkin səhiyyə xidməti göstərən tibb məntəqələrinin tikilməsinə, GEM-lərin fəaliyyətinin yenidən qurulmasına ciddi ehtiyac duyulur. İnanırıq ki, güclü dövlətimizin, güclü liderinin dəstəyi sayəsində yaxın gələcəkdə bu problemlər aradan qaldırılacaq, səhiyyə sistemində gedən islahatlar uğurla başa çatacaq, Azərbaycan bu sahədə dünyanın ən inkişaf etmiş ölkələri sırasında inamla addımlayacaqdır.
İlqar Əhmədzadə

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir