14 iyun 2014-cü il tarixdə İsmayıllı rayonunun Lahıc qəsəbəsində Caucult – Qafqaz Mədəniyyət Təşəbbüsləri Şəbəkəsi layihəsi çərçivəsində “Lahıcın adət-ənənələrini yaşadaq” adı altında tədbir həyata keçirildi.
Tədbirin keçirilməsində əsas məqsəd burada yaşayan lahıcların dil, mədəniyyət və məişəti ilə bağlı adət-ənənələrini göstərmək və onların bu gün də yaşadılmasını nümayiş etdirmək idi. Bundan əlavə, tədbirin keçirilməsində daha bir məqsəd yerli əhalini ənənələrin qorunması işində fəallaşdırmaq idi. Tədbirə əvvəlcədən müəyyən hazırlıq görülmüşdü: tədbirə yerli və rayonun icra, bələdiyyə və mətbuat qurumlarının nümayəndələri dəvət olunmuş, Facebookda anons verilmiş, habelə bir sıra turizm şirkətlərinə tədbirin vaxtı ilə bağlı xəbərdarlıq göndərilmişdi.
Lahıc öz adət-ənənələrini yaşatmaqdadır

Lahıc bəlli olduğu kimi, özünəməxsus memarlıq üslubu, xalq sənətkarlığı və məişət ənənələrinin bu gün də qorunduğu unikal bir yaşayış məntəqəsidir. Tədbir Lahıc qəsəbəsinin giriş meydanından və buradakı sərrac dükanından başladı. Bütün dükanların girişində ustanın fəaliyyətini göstərən poster və usta ilə birgə məmulatın hazırlanması prosesində iştirak etməyə təşviq edən sözlər yazılmış oxlar vurulmuşdu. Hər bir emalatxanada usta ilə bərabər işləyən gəncləri və məktəbliləri də görmək mümkün idi.
Sənətkarların əksəriyyətinin işlədiyi mərkəzi küçənin iki yerində asılmış xüsusi lövhələrdə Lahıc və tədbirlə bağlı təəssüratlarını ifadə etmək təklif olunurdu. Burada müxtəlif rəy və şəkillərə də rast gəlmək mümkün idi. İştirakçılara samovar çayı və Lahıc şirniyyatları da təklif edilirdi. Tədbir planlaşdırıldığı kimi, “Lahıc” etno-folklor qrupunun çıxışı ilə başa çatdı.
RİH başçısının Lahıc qəsəbə İƏD-i üzrə nümayəndəsi Fikrət Haqverdiyev, Lahıc bələdiyyəsinin sədri Rəfiqə İsmayılova, tədbirə dəvət olunmuş qonaqlar, ümumiyyətlə, bütün iştirakçılar sonda bir daha təsdiqlədilər ki, Azərbaycanın hər guşəsi kimi, Lahıc qəsəbəsi də unikaldır, onun zəngin adət-ənənələrini qorumaq və yaşatmaq lazımdır. Təbii ki, bu missiya bir-iki nəfərin deyil, hamının birgə fəaliyyəti sayəsində yerinə yetirilə bilər.
Dadaş Əliyev,
“Lahıctur” ictimai birliyinin sədri