“Əgər məndən soruşsalar ki, ən şərəfli sənət hansıdır? Mən o zaman iftixarla deyə bilərəm: – Müəllimlik”.
Azərbaycanın görkəmli maarifçisi, Həsən bəy Zərdabi
Bu şərəfli peşənin yükünü layiqincə daşımış insanlardan biri Müslüm Abdulməbud oğlu Mirzəyev olmuşdur.
Müslüm Mirzəyev 1912-ci ildə Şirvan bölgəsinin İsmayıllı nahiyəsində, Qovdağ silsiləsinin cənub ətəyində yerləşən və füsunkar təbiəti ilə göz oxşayan Mican kəndində, ziyalı ailəsində dünyaya göz açmışdır. M.Mirzəyev kiçik yaşlarında anasını, gənclik çağında isə atasını itirmişdir. 1929-cu ildə pedaqoji fəaliyyətə başlamış, 1939-cu ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığı nəzdindəki Pedaqoji Məktəbini bitirmişdir. 1930-1955-ci illərdə İsmayıllı rayonunun Ağbulaq, Şəbyan, Xanagah, Talıstan, Təzəkənd, Mican kənd məktəblərinin direktoru olmuş, Talıstan və Quşencə kənd məktəblərində dərs hissə müdiri vəzifəsində çalışmış, Aşıqbayramlı, Mücühəftəran kənd məktəblərində müəllimlik etmişdir. 1943-1944-cü illərdə İsmayıllı Rayon Xalq Maarif Şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır.
Sənət həyat dərsliyidir. Bu dərslik də müəllimlik olanda onun dəyəri daha böyük olur. Sənətinin vurğunu olan M.Mirzəyev 50 il müəllimlik etmiş, həm özünə, həm də şagirdlərinə qarşı tələbkar olmuşdur. Müəllimin ən böyük qazancı əlindən tutaraq, Ana və Vətən sözlərini yazmağı öyrətdiyi şagirdlərinin sevgisidir. Müslüm müəllimin yüzlərlə şagirdi bu gün müəllim, alim, həkim, mühəndis və başqa sənətlərə yiyələnib, ad-san qazanıb, onun adını ucaldıblar.
Yeni nəşrlər
Atam – işıqlı dünyam

Yalnız elmin daşlı-kəsəkli cığırları ilə dırmaşanlar, bu yolda yorulmaq bilməyənlər, elmin parlaq zirvəsinə çata bilərlər. M.Mirzəyev təcrübəli müəllim olmaqla yanaşı, çalışqan və zəhmətsevər idi. İşlədiyi müddətdə dəfələrlə mərkəzi və yerli təşkilatlar tərəfindən mükafatlandırılmış, “Əməkdə fərqlənməyə görə medalı” ilə təltif edilmişdir. O, 1930-cu illərdə, “Azərbaycan kolxozçusu”, “Kommunist” qəzetlərinin bölgə müxbiri olmuşdur.
Zəhmət, düzlük, halallıq və paklıq onun həyat amili olub.
Müəllimin anadan olmasının 100 illik yubileyi münasibəti ilə qızı – AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı Lətifə Müslümqızının müəllifliyi ilə “Atam – işıqlı dünyam” adlı kitab çapdan çıxmışdır. Kitabda Müslüm Mirzəyevə həsr edilən şeirlər, məqalə və yazılar dərc edilmiş, həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkilləryer almışdır.
Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent, şair Ağasən Bədəlzadə, rəyçisi şair Mövlud Teymurdur.
Kitabda Prezident təqaüdçüsü, həmyerlimiz, şair Mövlud Teymurun “Sənin işığında” şeiri də verilmişdir.
…Qəlbində nur kimi yandı yaxşılıq,
Nə itdi, nə də ki, söndü yaxşılıq.
Günəşdir, ulduzdur, gündür yaxşılıq,
Məramı bu oldu Müslüm atanın…
Ç.Bəhərçinli