Fevral ayının 12-də Hacıhətəmli bələdiyyəsinin 2013-cü ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib. Yığıncaqda RİH-in hüquq şöbəsinin müdiri Valeh Hüseynov iştirak edib. Hacıhətəmli bələdiyyəsinin hesabatı
Fevral ayının 12-də Hacıhətəmli bələdiyyəsinin 2013-cü ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib. Yığıncaqda RİH-in hüquq şöbəsinin müdiri Valeh Hüseynov iştirak edib.
Yığıncaqda il ərzində görülmüş işlər barəsində bələdiyyə sədri Maqsud Hüseynovun məruzəsi dinlənilib. Görülən işlərlə yanaşı, mövcud problemlər haqqında fikirlər səslənib.
Açıq diskussiya şəklində keçən hesabatda kənd sakinləri onları narahat edən problemlərin həlli yollarını tapmaq barədə müzakirələr aparıblar.
Hacıhətəmli kəndində içməli su probleminin həlli məsələsi geniş müzakirəyə səbəb olub.
Hesabat məruzəsi qənaətbəxş hesab edilib.
“İsmayıllı xəbərləri”