Yubiley qeyd edildi
Bu yaxınlarda M.Əzimov adına Təzəkənd kənd tam orta məktəbində Azərbaycan Milli istiqlal hərəkatının və təkcə türk aləmində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsinin – Azərbaycan Demokratik Respublikasının təməlini qoyan Məmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illik yubileyi qeyd edildi.M.Ə.Rəsulzadə – 130
Yubiley qeyd edildi
Bu yaxınlarda M.Əzimov adına Təzəkənd kənd tam orta məktəbində Azərbaycan Milli istiqlal hərəkatının və təkcə türk aləmində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsinin – Azərbaycan Demokratik Respublikasının təməlini qoyan Məmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illik yubileyi qeyd edildi.
Yubiley qeyd edildi
Tədbiri məktəbin direktor müavini, bu sətirlərin müəllifi Ağalar Bədəlov giriş sözü ilə açdı və Azərbaycan xalqının mübarizliyindən, illərlə torpaqlarımızın parçalanması, kimlərəsə bağışlanması və sair barədə məlumat verdi. O, qeyd etdi ki, 1918-ci ilin mayında Cənubi Qafqaz Federativ Respublikasının süqutundan sonra M.Ə.Rəsulzadə inamlı addım ataraq, istiqlal Bəyannaməsini müdafiə etdi və mayın 28-də Şərqin ilk demokratik dövləti yarandı. Məmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçildi.
Məktəbin tarix müəllimi Hacalı Səlimov “M.Ə.Rəsulzadənin həyatı və Şərqin ilk demokratik dövlətinin yaradılmasında onun rolu” mövzusunda geniş məruzə etdi.
O, məruzəsində qeyd etdi ki, M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası din xadimi olsa da, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəltmişdir. Onun oğlunu məşhur pedaqoq S.M.Qənizadənin (1846 – 1942) müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyması Rəsulzadənin taleyində böyük rol oynamışdır. Həmin məktəbi bitirdikdən sonra Məmməd Əmin öz təhsilini Bakı texniki məktəbində rus dilində davam etdirmişdir. Onun inqilabi fəaliyyətinin ilk illəri də bu dövrə təsadüf edir. 1902-ci ildə 17 yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gəncləri” təşkilatını yaradır. “Müsəlman demokratik”, ”Musavat cəmiyyəti” adı ilə gizli fəaliyyət göstərən bu təşkilat XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı mübarizə aparan ilk siyasi təşkilat idi…
1918-ci il fevralın 10-da, Cənubi Qafqaz seymi fəaliyyətə başlayan zaman M.Ə.Rəsulzadə Azərbaycan fraksiyasına rəhbərlik etmişdir. Cənubi Qafqaz seymi 1918-ci il aprelin 14-də Osmanlı dövlətinə müharibə elan edən zaman Rəsulzadə kəskin şəkildə bu addımı pisləyir və Azərbaycan fraksiyasının həmin müharibədə iştirak etməyəcəyini bəyan edir…
1920-ci il aprelin 28-də AXC devrildikdən sonra o, Şamaxı quberniyasının Lahıc kəndində özünə sığınacaq tapır. Həbs edilsə də, Stalin tərəfindən azad edilir və Moskvaya aparılır, oradan xaricə qaçır və onun mühacirət həyatı başlayır.
M.Rəsulzadə 1955-ci ildə Ankarada vəfat etmiş və orada da dəfn olunmuşdur.
Məktəbin VIII sinif şagirdləri Səmra Bağırlı, Gövhər Vahabova, Rəfiqə Əşrəfli M.Ə.Rəsulzadəyə həsr edilmiş kiçik kompozisiya nümayiş etdirdilər. Sonda tədbirin təşkilatçılarına təşəkkür edən məktəb direktoru Elxan Bədəlov Prezidentin bu yubileylə əlaqədar Sərəncamının əhəmiyyətindən danışdı.
Ağalar Bədəlov,
məktəbin tərbiyə işləri üzrə direktor müavini

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir