Dinamik inkişaf mətbuatda
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun “Azərbaycan” qəzetinin 25 oktyabr 2013-cü il sayında çap olunmuş “Haqq yolunu tutanlar” məqaləsini oxuduqca rayonumuzda cari ildə görülmüş işlərin sevincini yaşadım. Məqalədə qeyd edilmiş fikirlər orijinallığı ilə diqqətimi cəlb etdi:
– Mükəmməl iqtisadi uğur modelinə əsaslanan və onun müasir dünya iqtisadiyyatına inteqrasiya olunmasına yeni elmi əsas verən prezident İlham Əliyev Azərbaycanın çoxşaxəli iqtisadiyyatının inkişafına davamlılıq gətirdi.
Dinamik inkişaf mətbuatda

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun “Azərbaycan” qəzetinin 25 oktyabr 2013-cü il sayında çap olunmuş “Haqq yolunu tutanlar” məqaləsini oxuduqca rayonumuzda cari ildə görülmüş işlərin sevincini yaşadım. Məqalədə qeyd edilmiş fikirlər orijinallığı ilə diqqətimi cəlb etdi:
– Mükəmməl iqtisadi uğur modelinə əsaslanan və onun müasir dünya iqtisadiyyatına inteqrasiya olunmasına yeni elmi əsas verən prezident İlham Əliyev Azərbaycanın çoxşaxəli iqtisadiyyatının inkişafına davamlılıq gətirdi.

Dinamik inkişaf mətbuatda
Bu mülahizənin dolğunluğu, gerçəkliyi İsmayıllı Rayon Statistika İdarəsinin rəisi Əziz Əzizovun “İsmayıllı xəbərləri” qəzetində yer almış “Yekunlar sevindiricidir” məqaləsində əksini tapıb:
– Ümumi məhsul buraxılışında kənd təsərrüfatının xüsusi çəkisinin 46,2 faiz təşkil etməsi bu sahənin inkişafına xüsusi diqqət ayırmağı tələb edir. Hesabat dövründə rayonda 58,6 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Sahələrdən 80478 ton taxıl toplanmışdır ki, bu da əvvəlki ildən 14928 ton çoxdur. İstehsal olunmuş taxılın 62938 tonunu buğda təşkil etmişdir ki, bu göstərici də keçən il 52986 ton olmuşdur.
Rayonda gedən dinamik inkişafın təhlili 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda İsmayıllı RİH başçısının birinci müavini Rövşən Ağayevin diqqətə çatdırdığı məruzədə yer tapıb:
– 9 ay ərzində rayonumuzda 126 milyon 896 min manata məbləğində ümumi məhsul istehsal olunmuşdur. Ümumi məhsul istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 24 milyon 99 min manat artıqdır. Kənd təsərrüfatında 8, sənayedə 3, tikintidə 73,5, nəqliyyatda 5,8, rabitədə 6.2, ticarətdə 4,8 faiz artım əldə olunmuşdur.
Rayonumuzda gedən dinamik inkişaf bütün ismayıllıları sevindirir. Bütün bu uğurları Rövşən Ağayevin məruzəsində daha aydın şəkildə görürük.
Azərbaycan investor ölkələr sırasına daxildir, – fikrini vurğulayan Mirdaməd Sadıqov 10 il ərzində ölkədə bir milyon 180 min iş yerinin açılması faktını, işsizliyin 5 faizə enməsini təcrübəli iqtisadçı kimi böyük uğur sayır. İcra başçımız bu məsələləri qeyd edərkən söz yox ki, ölkəmizin davamlı inkişafını təmin edən, son illər qazanılmış uğrlu nailiyyətləri kimi dəyərləndirilən çoxsaylı yenilikləri nəzərdə tutur. Azərbaycanın ümumdaxili məhsulundakı artım tempinə görə lider dövlətlər sırasında yer alması, illik artımın 13, qeyri-neft sektorunda artımın 10,6 faiz təşkil etməsi doğrudan da uğurlu nailiyyətdir.
Məhz həmin göstəriciləri nəzərə alaraq R.Ağayev etdiyi məruzədə diqqətə çatdırıb:
– Ən sevindirici məsələ ondan ibarətdir ki, qeyri-neft sektorumuz yüksək templə artır. Uğurlu dövlət siyasətinin məntiqi nəticəsi olaraq 9 ayda bu artım 10,4 faiz olmuşdur ki, bu, dünya miqyasında ən yüksək göstəricidir.
R.Ağayevin açıqladığı fikirlərin təsdiqi olaraq qeyd etmək olar ki, Dünya İqtisadi Forumunun ənənəvi “Qlobal Rəqabət Qabiliyyətli İndeksi 2013-2014” hesabatına görə, Azərbaycanın dünyanın 148 ölkəsi arasında 39-cu yerdə qərarlaşması, 7 pillə irəliləməsi göz önündədir.
“Qlobal Rəqabət Qabiliyyətli İndeksi 2013-2014” hesabatının dəlillərinə uyğun gələn nəticələri məruzədə belə izah edilmişdir: “9 ayda makroiqtisadi göstəricilər yüksək səviyyədə olmuşdur, dünyada hələ də davam edən böhran şəraitində ölkəmizin iqtisadiyyatı 5,4 faiz artmışdır.
122 ölkənin yer aldığı reytinq cədvəlində təhsil, səhiyyə, əlverişli sosial mühitin mövcudluğu, işçi qüvvəsi və məşğulluq kimi parametrlər nəzərə alınmaqla ölkələrin iqtisadi potensialının maksimal inkişaf imkanları qiymətləndirilərkən 55-ci yeri tutmuşdur.
Qeyd edilənlərə uyğun olaraq məruzədə belə göstərilir:
– DSMF İsmayıllı Rayon Şöbəsindən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə 13531 nəfər vətəndaş pensiya alır. 9 ayda pensiyalarının ödənilməsinə 17 milyon 192 min manat, digər müavinətlərin ödənilməsinə isə 1 milyon 261 min manat vəsait sərf olunmuşdur. Maliyyələşdirilmə üçün Respublika Fondundan 14 milyon 933 min manat vəsait köçürülmüşdür.
Son olaraq qeyd etmək istərdim ki, İsmayıllı rayonunda dinamik inkişaf bu torpağı sevən, ona bağlı olan bir insan kimi məni də sevindirir. Mətbuatda dərc olunan yazılarda göstərildiyi kimi, regionda inkişaf prosesinin göstəriciləri yüksələn xətlə artmaqda davam edir. Hamımızın başlıca məqsədi əldə olunan uğurları qorumağa və artırmağa yönəlməlidir.
Elsəvər Məsim

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir