Köçkünlərlə görüşAprel ayının 6-da keçirilən toplantıya dəvət alan 300 nəfərdən artıq, İsmayıllı rayonunun müxtəlif yaşayış məntəqələrində məskunlaşmış məcburi köçkün Gənclər Mərkəzindəki iclas zalında bir araya gəlmişlər. Tədbiri giriş sözü ilə RİH başçısı Mirdaməd Sadıqov açmış, ata-baba torpaqlarından qaçqın və məcburi köçkün düşmüş soydaşlarımıza dövlət səviyyəsində göstərilən qayğıdan, onlara diqqətin gündən-günə artırılmasından söz açmışdır.
Köçkünlərlə görüşQaçqınkomun İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyev mövcud problemlərdən danışmışdır.
Görüşdə iştirak edənlər sırasından çıxış edənlər İsmayıllıların qonaqpərvərliyindən söz açmış, onlara qarşı səmimi münasibətə görə minnətdarlıqlarını bildirmişlər.
Köçkünlərlə görüşTədbirdə problemlərin həlli yolları araşdırılmış, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Bəzi xidmət təşkilatları yerindəcə, RİH başçısından həlli mümkün məsələlərlə bağlı tapşırıqlar almışlar.
Yurd-yuvalarını itirmiş insanlar son 20 ildə ilk dəfə belə səmimi görüşün iştirakçısı olduqlarını bildirmişlər.
“İsmayıllı xəbərləri”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir