Qadınlar təşkilatlanır4 aprel 2013-cü il tarixdə 340 nümayəndənin iştirakı ilə Gənclər Mərkəzində rayon qadınlarının konfransı keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov konfrans nümayəndələrini salamladı və konfransın işinə müvəffəqiyyətlər arzuladı. Qeyd etdi ki, dövlət qadın siyasətinin rayonda müvəffəqiyyələ həyata keçməsi üçün bütün tədbirlər görüləcəkdir. İctimai həyatda qadınların rolu çox böyükdur, cəmiyyət üçün onlar çox dəyərlidir. Onlara münasibət də bu əsasda olacaqdır.
Əziz qadınlar, sizin hər birinizin işləməsi üçün şərait yaradacağıq. Hər birinizin iş yeri olacaq. Yeni tikiş və toxuculuq fabrikləri, sexləri açılacaq, xalçaçılıq bərpa ediləcək. Rayonda çox işlər görüləcək, çoxsaylı sosial layihələr həyata keçiriləcək. Bu işlərdə Lətifə xanim kimi hər birinizin köməyini görmək istəyirəm.
Ailədə, məişətdə, həyatda sərbəst olmağınız üçün iş yeriniz, qazancınız olacaq. Uşaqlarınızın tərbiyəsindən, saxlanma şəraitindən arxayın olmağınız üçün yeni-yeni uşaq bağçaları tikiləcək. Ailə təsərrüfatı yaradılmasına xüsusi diqqət yetirəcəyik.
Rayonda qadın sahibkarlar azdır. Onların da banklara borcu var. Çünki yüksək faizlə kredit alıblar. Bundan sonar 13,7 faizdən yuxarı kredit olmayacaq. Ən böyük sərmayə isə ağıl, savad, bilik və yeni düşüncə tərzi olmalıdır.
Yaxın zamanda öz telekanalımız olacaq. Daha obyektiv informasiya alacaq, milli-mənəvi dəyərlərimizə uyğun verilişlərə baxacağıq. Rayonda sürətli sosial-iqtisadi inkişafı təmin edəcək layihələrin icrası ilə yanaşı əsil ziyalı mühiti yaradılacaq. Bunun üçün ilkin olaraq aqrotexnologiya kolleci açacaq, sonra isə fasiləsiz təhsil sistemi yaradacağıq.
Qadınlar təşkilatlanırMirdaməd müəllim çıxışının sonunda bir daha konfrans nümayəndələrini təbrik etdi, rayonun inkişafı və yüksəlişi naminə onlara uğurlar arzuladı.
RİH başçısının müavini Əzizə Vahabova rayonda dövlət qadın siyasətinin həyata keçirilməsi vəziyyəti barədə məruzə etmişdir. Filologiya üzrə fəlsəfə doktoru Sevda Qasımovanın, Ailə və Uşaqlara Dəstək Mərkəzinin direktoru, ictimai fəallığı ilə seçilən jurnalist Lətifə Əliyevanın, həmin Mərkəzin əməkdaşı Gülnar Mikayılovanın, İvanovka kənd tam orta məktəbinin direktor müavini Nadejda Jabinanın və başqalarının çıxışları dinlənilmişdir.
Konfrans iştirakçılarına erkən nikahla bağlı Ailə, Qadın və Uşaq Problemləri Komitəsi tərəfindən ailələrə ünvanlanmış məktub və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi nin hazırladığı eyni məzmunlu plakatlar paylanmışdır.
Qadınlar təşkilatlanırAilə, Qadın və Uşaq Problaemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva dövlət qadın siyasətinin həyata keçməsində əldə olunan nailiyyətlərdən və qarşıda duran həlli vacib problemlərdən, gender proqramına uyğun aparılan işlərdən danışmışdır.
Konfransda Azərbaycan Respublikası Qadınlarının IV Qurultayına nümayəndələr seçilmışdir.
Sevil Əhmədova

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir