İyul ayının 11-də Türkiyə Respublikası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin bir qrup nümayəndəsi regionlarda peşə təhsilinin vəziyyətini öyrənmək və təcrübə mübadiləsi aparmaq çərçivəsində əməkdaşlıq görüşü keçirmişlər.İsmayıllı Peşə Tədris Mərkəzinin imkanları ilə tanışlıqdan sonra şəhərimizlə yaxından tanışlıq üçün qonaqlar ulu öndər Heydər Əliyevin adını daşıyan Parkda və Mərkəzdə olmuşlar. Türkiyə təmsilçisi Mərkəzin xatirə kitabına ürək sözlərini yazmışdır.İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov Azərbaycan Respublikası Təhsil Nazirliyinin baş məsləhətçisi Kamil Ağamalıyevin, TİKA Təşkilatının sədr müavini Hacı Bayram Bolakın, Şanlı Urfa Peşə Təhsil Mərkəzinin direktoru Adbulkadir Açarın, Qafqaz Universitetinin prorektoru, elmlər doktoru Təyyar Mustafayevin, professor İsa Qasımovun iştirak etdiyi nümayəndə heyətini qəbul etmişdir. İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradovun da iştirak etdiyi görüşdə tərəflər qarşılıqlı əməkdaşlığın bir sıra sahələri barədə müzakirələr aparmışlar.
“İsmayıllı xəbərləri”