26 fevral. Bu ayın təbiətinə uyğun olmayan, baharın xoş günlərini xatırladan mülayim havalı, günəşli bir gün. Bu gün İsmayıllının yüzlərlə sakini gözündəki kədər, ürəyindəki üzüntü, Qarabağ müsibətlərini, Xocalı dəhşətlərini törədənlərə qarşı düşüncəsindəki nifrət və intiqam hissi ilə bərabər yolunu rayonun Şəhidlər xiyabanından salmağa, şəhidlərimizin ölməz ruhları qarşısında baş əyməyə qərar vermişdi.26 fevral. Bu ayın təbiətinə uyğun olmayan, baharın xoş günlərini xatırladan mülayim havalı, günəşli bir gün. Bu gün İsmayıllının yüzlərlə sakini gözündəki kədər, ürəyindəki üzüntü, Qarabağ müsibətlərini, Xocalı dəhşətlərini törədənlərə qarşı düşüncəsindəki nifrət və intiqam hissi ilə bərabər yolunu rayonun Şəhidlər xiyabanından salmağa, şəhidlərimizin ölməz ruhları qarşısında baş əyməyə qərar vermişdi.
Xocalı faciəsinin dəhşətləri nə qədər ağır olsa da, arxada qalan illərdə yetişən nəsil mətinləşmiş, vətəndaşlarımızın hər birində dövlət və onun Prezidenti tərəfindən düzgün qurulmuş daxili və xarici siyasət nəticəsində istər sülh, istərsə də hərb yolu ilə itirilən torpaqların geri alınacağı ümidi yaranmışdır.
Şəhidlərin, Xocalı qurbanlarının xatirəsini anma mərasimi saat 11-də başladı. RİH başçısı və icra aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri əllərindəki al qərənfilləri şəhidləri məzarı üstünə qoymaqla torpaqlarımızın qorumnası və azadlığı uğrunda şəhidlik zirvəsinə ucalanların əziz xatirəsini yad etdilər. Tədbirdə gənclərin və məktəblilərin üstünlük təşkil etməsi diqqət çəkirdi. Bu, o deməkdir ki, xocalıları qırmaq heç də azərbaycanlıların qürur və dəyanətini qırmaq deyil.
Gündən-günə qüdrətlənən dövlətimizin gücü, yetişən nəslin əzmi, Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə yaxın gələcəkdə işğaldan azad olunacaq əzəli torpaqlarımızda üçrəngli Azərbaycan bayrağının dalğalanacağına tam ümidvarıq.
Rəvan İsgəndərli