Göytəpədə səyyar qəbulMartın ayının 2-də İsmayıllı RİH başçısının rayonun Göytəpə kəndində səyyar qəbul keçirilmişdir.
Qeyd edək ki, Göytəpə kəndi rayonun Qalınçaq inzibati ərazi dairəsinə daxildir. Kənddə 83 ev, 104 təsərrüfat vardır. 432 nəfərin yaşadığı bu kənddə 2011-ci ildə 7 uşaq doğulub.
Göytəpə kəndində 12 müəllimin işlədiyi ümumi orta məktəb fəaliyyət göstərir, şagirdlərin sayı 74-dür. Burada kitab fondu 4600 nüsxə olan kitabxana və ATS vardır.Göytəpədə səyyar qəbulGöytəpədə səyyar qəbulMartın ayının 2-də İsmayıllı RİH başçısının rayonun Göytəpə kəndində səyyar qəbul keçirilmişdir.
Qeyd edək ki, Göytəpə kəndi rayonun Qalınçaq inzibati ərazi dairəsinə daxildir. Kənddə 83 ev, 104 təsərrüfat vardır. 432 nəfərin yaşadığı bu kənddə 2011-ci ildə 7 uşaq doğulub.
Göytəpə kəndində 12 müəllimin işlədiyi ümumi orta məktəb fəaliyyət göstərir, şagirdlərin sayı 74-dür. Burada kitab fondu 4600 nüsxə olan kitabxana və ATS vardır.
Qəbula gələn kənd ağsaqqalı Əhməd Həsənov öncə qonaqları salamladı. Rayonda görülən işlərə, əhaliyə göstərilən diqqət və qayğıya görə başçıya minnətdarlıq etdi. Kəndlərdə də abadlıq işlərinin aparılmasına diqqət artırılmasını vacibliyini, Göytəpə yolunun təmiri və asfaltlaşdırılması məsələsini dilə gətirdi.
Kənd sakini İzzət Xalıqverdiyev yazın gəlişi zamanı pay torpaqlarının qrunt suları altında qalmasından gileyləndi və bu barədə tədbir görülməsini xahiş etdi.
Bikəxanım Allahverdiyeva və Bəsti Hacıyeva ailə və vəziyyətlərinin aşağı olmasından söz açdılar, ailələrinə sosial yardım edilməsini xahiş etdilər.
Kəndə gələn yüksək gərginlikli elektrik xətlərində nasazlıqdan, ağacdan olan dirəklərin çürüməsindən söz açan Maarif Kərimov onların dəyişdirilməsini xahiş etdi. O, həmçinin kənddə yeni tikilən evlərə qaz xətti çəkilməsi məsələsinin həllinə diqqət göstərilməsinin zəruriliyini vurğuladı.
Kənddə məskunlaşmış məcburi köçkün Ələsgər Şahməmmədov ailə şəraitinin yaxşılaşdırılması məqsədi ilə həyətyanı torpaq sahəsi almaq fikrində olduğunu bildirdi.
Böyük Vətən müharibəsi iştirakçısı Zinhar Mirzəliyev kifayət qədər əmək fəaliyyəti olmasına baxmayaraq az pensiya almasından söz açdı.
Dilə gətirilən problemlərin arxasında insan faktoru durduğundan bütün qəbullarda olduğu kimi, bu qəbulda da RİH başçısı N.Ələkbərov vətəndaşların qaldırdığı problemlərin həlli ilə bağlı RİH-in məsul əməkdaşlarına, əlaqədar xidməti təşkilatların rəhbərlərinə tapşırıqlar verdi.
Ş.Soltanov

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir