Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin şəhid ailələrinə olan diqqət və qayğısını, tövsiyələrini nəzərə alaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin ailələri ziyarət olunub.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov şəhid mayor Sübhi Mürsəliyevin  ailəsi ilə görüşüb. O, görüş zamanı igid oğullarımızın qəhrəmanlığından, şəhidlərimizin canı və qanı, əsgər və zabitlərimizin şücaəti ilə düşmən tapdağından azad olunan torpaqlarımızdan, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağda aparılan abadlıq-quruculuq işlərindən danışıb. Qəhrəmanların unudulmayacağını bildirib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bir yanıt yazın