Əgər bir televiziya aparıcısı cəmiyyədə olan əxlaqsız qadınları, həyat yoldaşına xəyanət etmiş qadın və kişiləri, övladlarını atıb gecə saat 3-də evdən qaçmış qadınları, atasını-anasını küçəyə atmış kişi və qadınları efirə çağırıb və onlara sual verirsə ki, “necə oldu sən atovu atdın, həyat yoldaşuva xəyanət elədin, övladını atıb gecə saat 3-də evdən qaçdın, necə oldu?” sualını verirsə, bu aparıcı bir başa olaraq əxlaqsızlığı təbliğ eləyir. Çünki necə oldu sualının cavabı gələcək nəsillərə yol qoymaq üçün verilir. Evlərindən qaçmaq istəyənlər onlardan yol öyrənirlər. Həyat yoldaşına xəyanət etmək üçün yol qoyurlar. Ata-anasını küçəyə atmaq istəyənlər üçün siz yol qoyursuz. Cəmiyyətimizdə o qədər ədəb-ərkanlı, əxlaqlı, mənəviyyatlı insanlar var ki, 40 ildir onların həyat yoldaşı vəfat edib, bir dəfə olsun başını qaldırıb başqasının üzünə baxmayıblar, övladlarını bir nəfərin qabağında başı aşağı saxlamayıblar. Atalar var, gedib ömrü boyu fəhləlik edir, ailələrini yaşadır, övladlarını yaşadır. Qeyrətli, ismətli, namuslu şəhid atalarımız, şəhid analarımız, qazilərimiz var, şəhidlərimizin qürurlu həyat yoldaşları var, övladları var. Nə üçün onlar efirə çağırılmır. Harda bir əxlaqsız, ədəbsiz, mənəviyyatsız var onlar efirə çağırılır. Çünki məqsəd cəmiyyəti pozmaqdır və bunun cəzasını Dövlət verməsə də, mütləq və mütləq bunun cəzasını Allah verəcəkdir, çünki belə verilişlər cəmiyyətimizə ən böyük zərbəni vurur.

  1. Xoşqədəmlərə, Zaurlara, Elgizlərə, Toliklərə efirimizi bağlayıb “Yox” deyək!! Əlaqədar orqanlar hara baxır görəsən?

Tahir Rəcəbov,

İsmayıllı şəhər sakini

Bir yanıt yazın