24 sentyabr 2025-ci il tarixində İsmayıllı rayon Heydər Əliyev Mərkəzində İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin, İsmayıllı Rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin və MİHİ-ı İsmayıllı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə, “27 Sentyabr – Anım Günü” –   Qəhrəmanlıq tariximiz uşaqların gözü ilə” adlı sərgi təşkil olunub.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin əməkdaşı Nilufər Mursalıyeva, MİHİ-ı İsmayıllı rayon komitəsinin sədri Gülər Abdullayeva, İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, İsmayıllı Rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin direktoru Abbas Abdullayev, İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin direktoru Teymur Əzizli və digər şəxslər iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, istedadlı uşaqların üzə çıxarılması və uşaqlarda vətənpərvərlik hisslərinin gücləndirilməsi onların rəsm sənətinə marağının artırılması olub.

Tədbirin sonunda bütün iştirakçılar MİHİ-ı İsmayıllı Rayon Komitəsi tərəfindən Fəxri fərmanlarla mükafatlandırılıb  və bu istiqamətdə yeni müsabiqələrin keçirilməsi qərara alınıb.

Bir yanıt yazın