9 sentyabr 2025-ci il tarixdə İsmayıllı Olimpiya İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Cüdo Federasiyasının və İsmayıllı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidləri Vüsal Dəmirovun və Ramil Yusifovun xatirəsinə həsr olunmuş cüdo idman növü üzrə yeniyetmələr arasında regional turnir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra yarışa start verilib.

Tədbirdə təşkilatçılarla yanaşı İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi, şəhid validiyenləri və azarkeşlər iştirak ediblər.

Sonda hər çəki dərəcəsi üzrə I, II, III yerləri tutan idmançılar təşkilatçılar tərəfindən diplom və medallarla mükafatlandırılıblar.

Bir yanıt yazın