Torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda canlarını qurban verən qəhrəman şəhidlərimizin adını uca tutmaq və onların əziz xatirəsini yaşatmaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin şəhid tələbəsi Fərid Əliyevin atası, Hamlet Əliyev yeni tədris ilindən etibarən adı çəkilən təhsil müəssisəsində müəllim kimi pedaqoji fəaliyyətə başlayıb. Redaqoji heyət onun bu kollektivə qoşulmasını böyük şərəf və qürur kimi dəyərləndirir.
Kollecin müəllim və tələbə heyəti bildirir ki, şəhidlərimiz kimi onların valideynləri də bizim üçün hər zaman dəyərli, hörmətli insanlar olacaqlar.
Şəhidlərimizin müqəddəs ruhu, onları böyüdən valideynlərin qarşısında baş əymək borcumuzdur.
“İsmayıllı xəbərləri”

