01-02 avqust 2025-ci il tarixlərində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin əhatə etdiyi İsmayıllı rayonuna Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən region gənclərinin iştirakı ilə “Cənub gənclərinin yay düşərgəsi” təşkil edilib.
Gənclər arasında şəbəkələşmənin gücləndirilməsi, yeni dostluqların qazanılması məqsədilə cənub gəncləri ilə İsmayıllı gənclərinin görüşü təşkil olunub. Keçirlən görüş zamanı Dağlıq Şirvan və Lənkəran-Astara Regional Gənclər və İdman İdarələrinin rəis müavinlərinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub və üzərinə gül dəstələri düzülüb.
Cənub gəncləri Heydər Əliyev Mərkəzi və Tarix Diyarşünaslıq Muzeyinə ekskursiyadan sonra Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğu, Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğuna və İvanovka kəndinə səfər edib, DOST Evi İnklüziv Mərkəzi, Kəlağayı Muzeyi ilə tanış olublar.
Qonaqlar burda İsmayıllının zəngin mədəniyyəti, tarixi, multikultural ənənələri ilə yaxından tanış olub, asudə vaxtlarında isə intellektual yarışlar, oyunlar və təlimlərlə öz vaxtlarını keçiriblər.
“İsmayıllı xəbərləri”

