İsmayıllı məktəbliləri təhsildə göstərdikləri nailiyyətlərlə bərabər idman sahəsində də yüksək uğurlar əldə etməkdədirlər.

Bakı şəhərində, Abşeron Olimpiya Mərkəzində U–13 yaşlılar arasında keçirilən beynəlxalq cüdo yarışında dünyanın 12 ölkəsindən gəlmiş 500 nəfərdən çox idmançının qatıldığı “Avropa kuboku ümidləri” yarışmasında İsmayıllını təmsil edən  məktəblilər də öz qüvvələrini sınamışlar.

İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbinin şagirdi Ömər Abdullayevin göstərdiyi nəticə 3-cü yerlə kifayətlənməyə yetərli olub. O, maraqlananları yarışın bürünc medalı ilə sevindirə bilib. İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin şagirdi Nərgiz Fərzəliyeva rəqiblərinə heç bir şans vermədən aldığı qızıl medalın sevincini yaşayıb.

Qazanılan uğurlar Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Sektorunda  fərəhlə qarşılanıb. Qaliblərin təltifolunma tədbirində sektorun müdiri Rəşid Məmmədov, müdir müavini Rahim Baxışov, Elm Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov çıxış edərək yeniyetmə idmançılara uğurlar diləyiblər. Tədbirin digər ıştirakçıları Əməkdar müəllim Şəfaqət Rəsulov, təhsil sektorunun əməkdaşı Gülnarə Qurbanova, İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecinin direktor müavini Elmir Ağayev də qalibləri təbrik ediblər.

Qalib idmançıların şərəfinə düzənlənən tədbirdə  onları yetişdirən məşqçi-müəllimlərə – Əməkdar məşqçi Əkbər Şəfaqətova, Nurlan Salmanzadəyə və Fərid Vəliyevə  yetirmələrinin daha yüksək uğur və nailiyyətlər qazanmaları arzu olunub. Tədbirdə xatirə şəkli çəkilib.

İsmayıllı xəbərləri”

Bir yanıt yazın