İsgəndərova Şərqiyyə Məhəmməd qızı şəhid anasıdır. Rayonun hər hansı idarısinə işi düşsə, hörmətlə qarşılanır, diqətlə dinlənilir, istəyi istiqamətində qanunamüvafiq işlər təxirə salınmadan icra olunur. Əlbəttə, o da öz növbəsində belə işçilərə təşəkkür və minnətdarlıq edir.
Şərqiyyə ana hər dəfə redaksiyamıza gələndə, xahişi ona diqqət və qayğı göstərmiş insanlara təşəkkürünü çatdırmaq olur. Elə bizə də təşəkkür edib gedir.
Şəhid anasının budəfəki razılığı İsmayıllı Rayon Poçtamtının rəisi Rauf Kərimovdan və bölmənin əməliyyatçısı Həqiqət Abdullayevadan oldu.
-Birinci qrup əliləm. Demək olar ki, günüm müxtəlif dərmanları qəbul etməklə keçir. Dərmanların çoxu mənə poçt vasitəsi ilə çatdırılır. Bu xeyirxah insanlar mənə yardımçı olurlar. Yaxşılıqlarını unutmaram. Allah onlardan, işinə məsuliyyətlə yanaşanların hamısından razı olsun. Əminəm ki, onlar tək mənə yox, hamıya belə xidmət göstərirlər, – deyə Şərqiyyə ana razılığını bildirdi.
“İsmayıllı xəbərləri”

