Azərbaycanın şanlı tarixinin ayrılmaz parçası olan 44 günlük Vətən müharibəsində İsmayıllının igid övladları böyük şücaət göstərərək şəhidlik zirvəsinə yüksəldilər. Həmin dövrdə Nahid Bağırov, bir rəhbər olaraq, şəhidlərin dəfn mərasimlərində şəxsən iştirak edərək onların ailələrinə dərin hüznlə başsağlığı verdi və mənəvi dayaq oldu. Onun bu çətin günlərdə şəhid ailələrinin yanında olması təkcə sözdə deyil, həm də əməli fəaliyyəti ilə öz təsdiqini tapdı. Müharibənin zəfərlə başa çatmasından sonra isə şəhid ailələrinin və qazilərin sosial rifahı Nahid Bağırovun xüsusi diqqətində saxlanıldı. Onların yaşayış şəraitinin yaxşılaşdırılması, sosial təminatlarının artırılması istiqamətində davamlı və məqsədyönlü tədbirlər həyata keçirildi. Rayon rəhbəri, həmçinin, şəhid və qazi ailələrinin bütün müraciətlərini şəxsi nəzarətinə götürərək onların ehtiyaclarının və problemlərinin ən qısa zamanda həllinə xüsusi həssaslıqla yanaşır.

 

Bir yanıt yazın