31 may 2025-ci il tarixi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, vətənimizin azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş Teymur Osmanlının anadan olduğu və 30 illik yubileyinin qeyd olunduğu gündür.
Bu əlamətdar gün Şəhidin İsmayıllı rayonunda – anadan olduğu Cülyan kəndində əbədi ünvan tapmış müqəddəs məzarı önündə qeyd edilib.
Tədbirdə Teymurun əzizləri, doğma kəndinin sakinləri, Cülyan kənd tam orta məktəbin, təhsil aldığı İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbinin müəllim və şagird heyəti, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və digər yurdsevər insanlar iştirak ediblər.
Tədbirdə iştirak edənlər sırasında İsmayıllı bələdiyyəsinin məsulları da şəhidin məzarını və ev muzeyini ziyarət ediblər.
Tədbirdə səslənən çıxışlarda Teymurun keçdiyi 25 illik mənalı, şərəfli ömür və döyüş yolu barədə unudulmaz xatirələr dilə gətirilib. Şəhidlərimizin ruhuna dualar oxunub.
Ülkər Əsədova,
İsmayıllı bələdiyyəsinin əməkdaşı

