İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun bir sıra idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti dəfə rayon sakinlərini qəbul edib, problemlərinin həllinə burada daha tez dəstək ala biləcəklərinə ümid bəsləyənlərin müraciətlərini dinləyib.
Başçı qəbulda iştirak edən sakinlərin qaldırdıqları bütün məsələləri diqqətlə dinlədikdən sonra həlli istiqamətində tədbirlər görülməsi üçün aidiyyəti məsul şəxslərə ciddi tapşırıqlar verib və ümumiyyətlə, bütün idarə və təşkilatlarda vətəndaşların rahatlığını pozan məsələlərin həllinə operativ yanaşılmanın vacib olduğunu bildirib.


