İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Gənclərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi” mövzusunda seminar keçirilib.
Seminarı giriş sözü ilə mərkəzin direktor müavini Sona Orucova açıb. O, seminarın mövzusunun əhəmiyyəti və hədəfləri haqqında, eləcə də məşğulluq istiqamətində tələbələrlə aparılan işlər barədə qonaqları məlumatlandırıb.
Görüşdə İsmayıllı rayonunda fəaliyyət göstərən “Xoşbəxt-Xalça” MMC-nin rəhbəri Ruhiyyə Süleymanova, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Dağlıq Şirvan Regional Məşğulluq Filialının İsmayıllı Xidmət şöbəsinin baş məsləhətçisi Aytac Novruzlu qonaq spiker qismində çıxış edərək işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində ölkəmizdə həyata keçirilən tədbirlərdən, mövcud qanunvericilik bazası, regionlarda olan iş imkanları barədə danışıblar. Tədbirdə aktiv məşğulluq tədbirlərinin peşə seçiminə dəstək olduğu söylənilib.
Spikerlər iştirakçılara iş müsahibələrində özünüifadə bacarıqları, informasiya texnologiyalarından istifadə və iş axtarmaq qaydaları izah edilib, onları maraqlandıran suallar cavablandırılıb.
“İsmayıllı xəbərləri”

