Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq Filialının təşkilatçılığı və dəstəyi ilə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin inzibati binasında növbəti Əmək yarmarkası keçirilib.

Yarmarkada 15 işəgötürən tərəfindən müxtəlif sahələr üzrə ümumilikdə 110-dan çox vakansiya təqdim olunub.

Tədbirdə 300-dən çox şəxs iştirak edib, onlara vakansiyalar üzrə iş şərtləri və tələblər barədə ətraflı məlumat verilib.

Müraciət edən şəxslərin CV-ləri qəbul olunub, uyğun namizədlərin qeydiyyatı aparılıb. Eyni zamanda, işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq proqramları, peşə hazırlığı imkanları və müraciət qaydaları barədə də geniş məlumat verilib, ilkin sorğular həyata keçirilib.

Həmin gün müxtəlif peşələr üzrə vakansiyalara uyğun olaraq işaxtaranlar onları maraqlandıran işlərə yiyələnə biliblər.  Yarmarkada işaxtaranların əksərən gənclər olması diqqət çəkib. Bu, gənclərin işlə təminatına dövlət səviyyəsində diqqət göstərilməsinin bariz nümunəsidir.

Yarmarkanın gedişi prosesində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayev iştirak edib.

İsmayıllı xəbərləri”

Bir yanıt yazın