Makroiqtisadi göstəricilər

 

2025-ci ilin yanvar-mart aylarında fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 71083,8 min manatlıq və ya 2024-cü ilin müvafiq dövrü ilə  müqayisədə 34,4 faiz çox ümumi məhsul buraxılışı olmuşdur. Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi 39,9 faiz artaraq 812,17 manat təşkil etmişdir. Məhsul və xidmətlərin 63,1 faizi istehsal sahələrinin, 36,9 faizi isə xidmət sahələrinin payına düşür.

Ümumi məhsul buraxılışının 34,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 26,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 26,1 faizi tikinti, 10,2 faizi sənaye, 1,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,3 faizi informasiya və rabitə sahələrində istehsal edilmişdir.

2025-ci ilin yanvar-mart aylarında məhsul buraxılışının həcmi 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə real ifadədə tikinti sahəsində 8,0 dəfə, informasiya və rabitə sahəsində 57,5 faiz, sənaye sahəsində 9,1 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 1,2 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 0,3 faiz artmış, nəqliyyat və anbar təsərrüfatı sahəsində 0,4 faiz azalmışdır.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-mart aylarında 7267,1 min manatlıq və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənaye məhsulunun 8,3 faizi mədənçıxarma sənayesində, 68,5 faizi emal sənayesində, 17,2 faizi elektrik enerjisi qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 6,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən istehsalın həcmi emal sənayesində 47,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə 8,5 faiz artmış, elektrik enerjisi qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 16,4 faiz azalmışdır.

Kənd təsərrüfatında 2025-ci ilin yanvar-mart aylarında diri çəkidə 1350 ton ət, 9191 ton süd, 2775 min ədəd yumurta istehsal olunmuşdur. 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə ət istehsalı 0,1 faiz, süd istehsalı 0,2 faiz, yumurta istehsalı 0,2 faiz artmışdır.

2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,3 faiz artmışdır. İstehsal olunmuş kənd təsərrüfatı məhsulunun 100 faizi heyvandarlıq məhsulları istehsalının payına düşür.

2025-ci ilin yanvar-mart aylarında əsas kapitala 52857,9 min manat məbləğində, yaxud 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,1 dəfə çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 34785,6 min manatı və ya 65,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Tikinti müəssisələri  öz gücü ilə 18516,3 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2025-ci ilin yanvar-mart aylarında 618 min ton yük və 1978 min sərnişin daşınmışdır. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 6,4 faiz, sərnişin daşınması isə 3,4 faiz çox olmuşdur.

İnformasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş 958,5 min manatlıq xidmətlərin 89,3 faizi əhali sektoruna aid olmuşdur. 2025-ci ilin yanvar-mart aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 57,5 faiz artmışdır.

2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkələrindən əhaliyə 75924,0 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 11176,0 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 1,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 9,2 faiz artmış, ticarət şəbəkəsində 53099,0 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 22825,0 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.

2025-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 106,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106,6 faiz, qeyri-qida malları üzrə 104,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 107,1 faiz təşkil etmişdir.

2025-ci il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 9336 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 5556 nəfər, qeyri-dövlət sektorunda isə 3780 nəfər təşkil etmişdir. 2025-ci ilin yanvar-fevral aylarında orta aylıq nominal əməkhaqqı 631,5 manat təşkil edərək keçən ilin müvafiq dövrünə nisbətən 5,7 faiz çox olmuşdur.

01 aprel 2025-ci il tarixinə rayon əhalisinin sayı 87559 nəfər olmuşdur.

Daşdəmir Məmmədov,

İsmayıllı Rayon Statistika  İdarəsinin rəis müavini            

 

Bir yanıt yazın