Ömür yolu mənalı keçən insanlar xoşbəxtlərdəndir. Bəxtimizdən İsmayıllıda belə bir insanla yanaşı, onun rəhbərliyi, diqqət və qayğısı ilə yaşamışıq.
İsmayıllılar üçün bu ilin aprel ayı yazın ürəkaçan vaxtı olmaqla bərabər, həm də ömrünün 50 ilini dövlət qulluğuna yorulmadan, şərəflə həsr etmiş, nümunə olan həyat tərzi, peşəkarlığı və yüksək insani keyfiyyətləri ilə tanıyanların dərin hörmətini qazanmış Sevil Kazım qızı Əhmədovanın uzun illər çalışdığı kollektivdən ayrılacağı bir zaman parçasıdır.
Sevil xanım dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etmiş, işinə hər zaman məsuliyyətlə yanaşmış, əməksevərliyi, mehribanlığı, sadəliyi və səmimiyyəti ilə hamıya nümunə olmuş bir ziyalıdır. İşlədiyi yarım əsrlik dövr ərzində gənc kadrların tələb olunan kurs üzrə yetişməsində onun böyük xidmətləri olub. Tutduğu məsul vəzifələrdə daim düzgün, ədalətli mövqedə dayanması və insanlara verdiyi mənəvi dəstək, göstərdiyi xoş münasibət hər zaman xatırlanacaqdır.
Sevil xanımı yeni doğum günü münasibəti ilə İsmayıllı bələdiyyəsinin üzvləri və qulluqçuları, eləcə də çoxsaylı seçiciləri adından ürəkdən, xoş arzularla təbrik edirik!
Hörmətli Sevil xanım, əminik ki, qarşıdan gələn illəriniz də sizə sağlamlıq, sevdiklərinizlə yaşanacaq xoşbəxt günlər və arzularınızın xoş nəticəsini gətirəcəkdir.
Qüdrət Kazımov,
İsmayıllı bələdiyyəsinin sədri

