Hər ilin yaz fəslində hər yerdə tikinti-quruculuq, abadlıq işləri geniş vüsət alır. İsmayıllı rayonu bu sahədə öncüllərdən biridir. Belə ki, İsmayıllı şəhərinin asfaltlanmamış küçələri növbəli şəkildə asfaltlaşdırılmaqdadır. Növbə bizim küçəyə çatdıqda çox sevindik. Qısa müddət ərzində Vahab Osmanovun adını daşıyan küçə, hətta küçədəki dalana da asfalt örtüyü döşəndi.

Bu yenilik küçə sakinlərinin çoxdankı arzusu idi. Arzusuna yetişib sevinənlər kimi, biz də sevinirik.

Bizə bu sevinci yaşadanlara – rayon rəhbərliyinə, şəxsən RİH başçısı Nahid Bağırova, yolun salınmasında zəhməti olanlara dərin təşəkkürümüzü bildiririk. Yolunuz hər zaman açıq, xeyirli və uğurlu olsun.

Hörmətlə:

İsmayıllı şəhəri, V.Osmanov küçəsi sakinlərinin bir qrupu

Bir yanıt yazın