Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Rayon Təhsil Sektoru, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyunlarının rayon mərhələsi keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı, şəhid ailələri, müxtəlif idarə və müəssisələrin nümayəndələri iştirak edib. .
Dövlət himninin səslənməsi və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş vətən övladlarının əziz xatirəsinin yad edilməsi ilə başlayan tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, şəhid atası Fuad Tağıyev, Azərbaycan Təhsil İşçiləri Aazad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov çıxış edərək yarışın əhəmiyyətindən bəhs ediblər.
On dörd komandanın iştirak etdiyi yarışda Diyallı kənd tam orta məktəbinin komandası 1-ci yer tutaraq zona mərhələsinə vəsiqə qazanıb. 2-ci yeri Talıstan kənd tam orta məktəbinin, 3-cü yeri isə şəhər 3 nömrəli məktəb-liseyin komandası qazanıb.
Zona mərhələsinə vəsiqə qazanmış komandanı təbrik edir, bu mərhələdə də uğur qazanmasını arzulayırıq.
Tədbirin təşkil edilməsində zəhməti olmuş hər kəsə, xüsusilə 3 nömrəli məktəb-liseyin rəhbərliyinə təhsil ictimaiyyəti adından təşəkkür edirik.
“İsmayıllı xəbərləri”


