Ömrünün 50 ilini müəllim işləmiş Vidadi Soltanov həyatının 75-ci baharına qovuşub. Müəllim kimi işlədiyi illərdə bir tarixçi kimiyetişən nəslimizə tarixi tədris edib. Gənclərimizə vətənpərvər, mətin, mübariz olmalarını aşılayıb. Onlara yaşanmış tarixlərdən dərs almalı olduqlarını tövsiyə edib.

Zəhmət itirməyən övladlar isə aldıqları dərsi 44 günlük Vətən müharibəsində düşmənə dərs olaraq göstərdilər.  Qazanılan böyük Zəfərdə hər müəllimin də müəyyən payı var. Eləcə də Vidadi müəllimin.

Əziz atam, təkcə mənim deyil, sənin haqq sözün, ədalətli baxışın, dönməz duruşun neçə-neçə gəncin yaddaşında iz buraxıb. Səni bu gün də sevgi ilə xatırlayan, haqqında xoş sözlər deyən şagirdlərin, davamçıların var.

Mənim üçün sən ilk müəllimim, əvəzsiz məsləhətçim olaraq qalmaqdasan.

Sənin adını hər dəfə, hər yerdə fəxrlə çəkilir – Vidadi müəllim! Bu adla, bu dəyanətlə 100 yaşına çatasan, əziz atam!

Canın sağlam, qəlbin rahat, yolun açıq və davamlı  olsun. Daha neçə gözəl illərə birlikdə çıxaq.

Elçin Soltanov

Bir yanıt yazın