İsmayıllı şəhər N.Behdiyev adına 6 nömrəli tam orta məktəbdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı rayonu üzrə təhsil sektorunun təşkilatçılığı və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin dəstəyi ilə rayonun ümumtəhsil məktəblərinin, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimlərindən ibarət komandalar arasında 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Nə? Harada? Nə zaman? intellektual müsabiqəsi keçirildi.
İlk öncə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və idarənin əməkdaşları, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov, İsmayıllı təhsil sektorunun aparıcı məsləhətçisi Gülnarə Qurbanova, rayonun ümumtəhsil məktəblərinin, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri iştirak edib.
Çıxış edənlər – DŞRGİİ-nin rəisi və ATİAHİ İsmayıllı rayon komitəsinin sədri bildirib ki, 2 Fevral – Azərbaycan Gəncləri Günü tarixi gün kimi olması ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Əsası Ulu öndər tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirin keçirilməsində məqsəd 2 Fevral – Azərbaycan Gəncləri Gününün qeyd olunması, müəllimlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, intellektual səviyyələrinin artırılması olmuşdur.
Gərgin və maraqlı davam eden intellektual yarışmada I yeri İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin “Sən həmişə bizimləsən” komandası, II yeri B.Qarayev adına Girk kənd ümumi orta məktəbinin “Zəfər” komandası, III yeri Lahıc qəsəbə tam orta məktəbinin “Löyij” komandası qazanıb.
Sonda yarışmada qalib gələn komandalar Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin müvafiq kubok və diplomları və ATİAHİ İsmayıllı Rayon Komitəsinin qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.

