Ana yurdum, obam mənim,

İlk məskənim, yuvam mənim.

Həyatdakı sədam mənim,

Cismindəki ruhum, canım.

Qəmərvanım, Qəmərvanım.

 

Oğlun igid, qızın qəşəng,

Daşqın çayın dəli pələng

Yazda qoynun olur min rəng,

Hüsnü güllü gülüstanım,

Qəmərvanım, Qəmərvanım.

 

Səfalıdır yaylaqların,

Dərdə dərman bulaqların.

Yayda gəlir qonaqların,

Qonaqlarla mehribanım.

Qəmərvanım, Qəmərvanım.

 

Hər tərəfin dağ və dərə,

Könül oxşar bu mənzərə.

Gəlməyəsən bədnəzərə,

Şeiriyyətim, söz dastanım,

Qəmərvanım, Qəmərvanım.

                        Məhəmməd Əli

 

 

Bir yanıt yazın