Vətən o vaxt bizə vətən olur ki,

Uğrunda torpağa qan tökürük biz.

Birlik olmayanda düşüncələrdə,

Namərd qapısında diz çökürük biz.

 

Mərdin qapısında diz çökən olmaz,

Mərd özü qaldırar diz çökənləri.

Namərd nə qaldırar, nə saldırar,

Düşmən quyusuna su tökənləri.

 

Əziyyət verərsə, mərdlərə namərd

Yapışma zəhərli qol budağından,

Başı əzilməsə yol üstə ilan,

Hələ ölməyəcək sökülüncə dan.

 

Mərd ol, gileylənmə kor zəmanədən,

Ağıl tək sürünmə sən qarış-qarış.

Görürsən iylənir bulağın başı,

Qeyrətin çatırsa başından yapış.

                                 Xanlar Qutqaşınlı

Bir yanıt yazın